Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2018
15:30
`Qətərin OPEC-i tərk etməsi neftin qiymətinə təsir etməyəcək`

Ötən gün Dohada Qətərin energetika naziri Səəd bin Şrida Al-Kaabi ölkəsinin OPEC-in (Neft İxrac Edən Ölkələr Birliyi) sıralarını tərk edəcəkləri barədə açıqlama verib. Nazir Qətərin bundan sonra mavi yanacağın hasilatı və ixracına diqqət edəcəklərini bildirib.

Qətərin bu addımını şərh edən ekspertlərin qənaətinə əsasən, Qətərin qərarı neftin qiymətinə ciddi təsir edəcək; qara qızılın qiyməti 9-20 dollara arasında oynaya bilər. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Faktxeber.com-a Qətərin bu addımını şərh edib. Ekspert xatırladıb ki, Qətər kiçik neft ölkəsidir və onun dünya neft bazarına müdaxilə etmək imkanları yoxdur: 

“Qətərin bir illik neft hasilatı Azərbaycandan kiçikdir. OPEC-in neft hasilatında Qətərin payı 1,85 faizdir. Qətərin bu addımı təbii qaz ehtiyatının hasilatına başlamaqla izah olunur. Onlar istəyirlər, dünyanın ən sanballı qaz ölkəsi olsunlar. Buna haqları da çatır, xatırladım ki, Qətər gündəlik 77 milyon ton sıxılmış qaz hasil edir. Əlbəttə, bazar iştirakçıları üçün Qətərin OPEC-i tərk etməyi müəyyən narahatlıqlar yaradacaq, amma unutmayaq ki, OPEC dinamik təşkilatdır, üzvləri 12-14 ölkə arası dəyişir. Qətərin orada təmsil olunmaması sadəcə bir ölkənin təşkilatı tərk etməsiylə nəticələnəcək.”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qətər Doha 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com