Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2018
15:00
Ronaldu və Messi `Qızıl top`dan kənarda qaldı - FOTO

3 dekabr Parisdə "France Football" dərgisinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimatı keçiriləcək.

Təntənəli təqdimetmə mərasimi Bakı vaxtı ilə 23:00-da baş tutacaq. Tədbirin aparıcısı məşhur fransız futbolçu David Jinola olacaq. 

Futbol mütəxəssisləri əmindirlər ki, nüfuzlu mükafatı "Real Madrid" klubunun yarımmüdafiəçisi Luka Modriç alacaq. Digər iki namizəd - Kriştianu Ronaldu və Lionel Messi 11 ildən sonra ilk dəfə fəxri mükafatdan kənarda qalacaqlar.

Xorvatiyalı yarımmüdafiəçi cari il artıq 2 nüfuzlu mükafata - FİFA və Goal.com saytının seçdiyi ən yaxşı oyunçu adına layiq görülüb.   

Oktyabr ayında "Qızıl top"a 30 namizəd var idi. Siyahıda ən çox futbolçu "Real Madrid" klubunun heyətindən düşmüşdü - 8 oyunçu. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Messi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 22:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com