Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2018
14:14
Metroda soyğunçuluq edən şəxs saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Polis əməkdaşlarının operativliyi və ayıq-sayıqlığı sayəsində ictimai nəqliyyatda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb.

DİN Mətbuat Xidmətindən FaktXəbər-ə verilən məlumata görə, dekabrın 2-də saat 11 radələrində metronun “Neftçilər” stansiyasının platformasında Bakı şəhər sakini olan qadının çantasından içərisində 110 manat pulu və sənədi olan pulqabısını soyğunçuluq yolu ilə götürən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş İntizam Məmmədov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Metro 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com