Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

03 Dekabr

2018
12:40
1166
Qara dənizdə saxlanılan ukraynalı hərbçilərə ittiham irəli sürülüb

Kerç boğazında saxlanılan Ukrayna Hərbi Dəniz Qüvvələrinin hərbçiləri və Ukrayna Təhlükəsizlik Qüvvələrinin əməkdaşlarına  qarşı Rusiya sərhəddini  qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb. FaktXeber.com-un məlumatına görə, bu barədə saxlanılan ukraynalı hərbçilərdən birinin vəkili Nikolay Polozov bəyan edib.

Bundan başqa Polozov vurğulayıb ki, müvəkkili ilə həbs olunandan bəri görüşə bilməyib və istintaqla kimin məşğul olduğundan xəbəri yoxdur.

Xatırladaq ki, noyabrın 25-də Ukrayna HDQ-nin 3 gəmisi - "Berdyansk", "Nikopol" və "Yanı Kapu" Rusiyanın dövlət sərhədlərini pozaraq RF-nin ərazi sularının müvəqqəti qapalı sularına daxil olmuş və Qara dənizdən Kerç boğazına doğru hərəkət etmişdilər. Onlar təhlükəli manevrlər edərək Rusiya hökumətinin qanuni tələblərinə boyun əyməmiş və saxlanılmışdılar.

Ukraynanın Ali Radası Kerç boğazında baş verən insidentlə bağlı ölkədə hərbi vəziyyətinelan olunmasını təsdiqləyib. Hərbi vəziyyət 28 noyabr tarixindən 30 gün müddəti ərzində qüvvədə olacaq.

Vladimir Putin Kerç boğazında baş verənləri aşağı reytinqə malik Pyotr Poroşenkonun seçkiqabağı provokasiyası adlandırıb.

Qeyd edək ki, heyət üzvləri olan ukraynanın 24 vətəndaşı yanvarın 25-nə kimi həbs olunublar. Onlar Simferopoldan  Moskva təcridxanasına gətirilib.

Məqalədə : Kerç böhranı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

23

Aprel
09:56
HÜQUQ,HADİSƏ
60

Xarici valyutaların manata qarşı məzənnələri

23

Aprel
09:24
İQTİSADİYYAT
53

3 aya Bakıda 14 cinayətkar qrup ifşa olunub

22

Aprel
19:57
HÜQUQ,HADİSƏ
660

Aprelin 23-nə manatın məzənnəsi

22

Aprel
19:44
İQTİSADİYYAT
84

Azərbaycan İranda 4 terminal inşa edəcək

22

Aprel
19:39
İQTİSADİYYAT
110

51 icra məmuru vəzifəsindən azad olunub

22

Aprel
19:07
HÜQUQ,HADİSƏ
104

Limonun çəyirdəyi lətindən daha faydalı imiş

22

Aprel
16:56
AİLƏ, SAĞLAMLIQ
221

Sabirabadda yeni doğulan əkiz uşaqlar ölüb

22

Aprel
16:53
HÜQUQ,HADİSƏ
89
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 10:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru