Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2018
11:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi tarix açıqlanıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşəcəyi tarix açıqlanıb.

Azərbaycan XİN-nin mətbuat xidmətindən FaktXəbər-ə bildirilib ki, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə dekabrın 5-də Milanda görüş keçiriləcək. 

Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com