Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2018
10:25
1554
Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyəti artırılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri lisenziya və icazə olmadan həyata keçirə biləcək.

Bununla bağlı “Avtomobil yolları haqqında” qanuna dəyişiklik edilir.

Qanun 21-ci (Yol təsərrüfatının idarə edilməsi) maddəsində dəqiqləşdirmə aparılıb: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulan lisenziya və icazələrin alınması tələb olunmur”.

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanun layihəsi yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-03-2019 15:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com