Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2018
10:05
1478
Almaniya DİN-i İslam Konfransının iştirakçılarını donuz ətinə qonaq edib

Almaniya DİN-i Berlində 12-ci İslam Konfransın fonunda böyük qalmaqala səbəb olacaq addım atıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Die Welt xəbər verib. Belə ki, təşkilatçılar iştirakçılara donuz əti və qanlı kolbasalar təklif ediblər. Müsəlmanlar bu addımı özlərinə təhqir kimi qəbul ediblər.

«Ümumiyyətlə, müsəlmanlar üçün qanlı ətin və donuz ətinin haram olduğunu hətta Quranı tanımayanlar da bilir. Xüsusilər bu məsələ ildə bir dəfə İslam Konfransı keçirən DİN rəhbəri Horst Zexoferə məlum olmalı idi», - deyə nəşrdə deyilir.

Almaniyanın WDR telekanalının jurnalisti Tuncay Ezdamar bu barədə özünün Tvitter səhifəsində yazıb. O, vurğulayıb ki, Berlində İslam Konfransında bufetdə yenə donuz əti, həmçinin qanlı kolbasa təklif olunub.

«DİN rəhbəri Zeexofer bu addımla hansı siqnalı vermək istəyir? Donuz əti yeməyən müsəlmanlara qarşı bir az hörmət göstərilsə yaxşı olardı», - deyə jurnalist yazıb.

Bundan başqa Şimali Reyn Vestfaliyanın yerli parlamentinin deputatı  bildirib ki, qanlı kolbasaların üzərində qeyd yox idi, bu səbəbdən  konfransın bəzi iştirakçıları  az qala bilməyərəkdən bunu yemək üzrə olublar: Yeməyin tərkibini ancaq bufet əməkdaşlarını sorğu sual etdikdən sonra öyrənmək mümkün olub. 

Bu, Almaniya DİN-in ilk belə hərəkəti deyil, - deyə Die Welt xatırladır. 2006-cı ildə ora hələ Volfqanq Şoyble başçılıq edərkən konfrans iştirakçılarına donuz əti ilə hazırlanan məhsul – vetçina təklif olunmuşdu.

«İndi gözləmək lazımdır ki, gələn il 13-cü İslam Konfransında nazirliyin kulinarları nə təklif edəcəklər», - deyə nəşr yekunlaşdırır.

Qeyd edək ki, bu həftə Berlində Almaniya  və ölkədə yaşayan müsəlmanların dialoquna, həmçinin onların cəmiyyətdə inteqrasiyasına həsr olunmuş 12-ci konfrans keçirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İslam Konfransı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 00:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com