Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2018
09:22
Nikol Paşinyan Bako Saakyanla vidalaşır
Seçkilərdən sonra Jirayr Səfilyan Qarabağ ermənilərini ayağa qaldıracaq

Ermənistanda dekabr ayının 9-da keçiriləcək parlament seçkilərində “Mənim addımım” alyansının rəhbəri, hazırda baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın qalib gələcəyi təqdirdə Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağın təyin edilmiş lideri Bako Saakyanın istefaya məcbur ediləcəyi barədə faktlar ortaya çıxıb.

Belə ki, noyabr ayının 26-da başlayan parlament seçkilərinin təbliğat və təşfiqat prosesinin gedişində qondarma Dağlıq Qarabağ rejimin rəhbərlyi ilə Ermənistanın baş nazirliyinə iddialı birinci şəxsi arasında gizli savaşın detalları məlum olub. 

“Helsinki təşəbbüsü – 92” Dağlıq Qarabağ Komitəsinin koordinatoru, Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın yaxın dostu Karen Ohanjanyanın Ermənistanın news.am saytında N.Paşinyanı Qarabağ ermənilərindən üzr istəməyə çağırması və B.Saakyanın işinə qarışmamasını tələb etməsi məsələnin ciddi tərəflərini üzə çıxarıb. 

Bəhs olunan məqaləni özünün “facebook” səhifəsində müzakiriyə çıxaran K.Ohanjanyan Ermənistanda baş nazir N.Paşinyanın seçiləcəyi təqdirdə Dağlıq Qarabağda əhalinin ayağa qalxacağı, hakimiyyət dəyişikliyi olacağı və Jirayr Səfilyanın yeni lider olacağını bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağ müharibəsində “Şuşa” əlahiddə batalyonuna rəhbərlik etmiş Jirayr Səfilyan hazırki parlamant seçkilərində  “Sasna tsrer” partiyasının seçki qərargahının rəhbəridir. 

J.Səfilyan özü də açıqlamalarının birində bildirb ki, “Parlament seçkilərindən dərhal sonra Dağlıq Qarabağda hakimiyyətin dəyişməsi məsələsi ilə məşğul olacaq. Çünki bir il sonra Qarabağda hakimiyyətin “seçkilər yolu ilə” dəyişdirilməsini gözləməyə vaxt yoxdur.”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com