Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2018
17:49
Qurban Qurbanov: `Rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik`

"Rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik. Maraqlı qrupa düşdük. Bütün komandalar tanışdır".

FaktXəbər bildirir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov AFFA-nın saytına açıqlamasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.

46 yaşlı mütəxəssis bildirib ki, hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar:

"Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq. Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişimi baş verir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik".

Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qurban Qurbanov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 23:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com