Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2018
11:26
Azərbaycanlı quldurlar uzaq Sibirdə atışır - 1 ölü, 2 ağır yaralı var

Rusiyanın Yamal-Nen muxtar vilayətinin Nadım rayonunda Azərbaycandan olan mütəşəkkil cinayətkar qruplaşmalarının nümayəndələri arasında atışma baş verib. 

Dekabrın 1-də baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralıdır və reanimasiyadadır.

Ölən şəxsin mütəşəkkil qruplaşmalardan birinin lideri olduğu bildirilir. "Razborka"nın səbəbi biznesin bölüşdürülməsi üstündə yaranan münaqişədir.

Nadım rayonu üzrə daxili işlər idarəsindən bildiriblər ki, şəxsi heyət həyacan siqnalı ilə qaldırılıb. Atışmanın iştirakçılarının yaxalanması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir, habelə şahidlər dindirilir, atışma iştirakçılarının kimliklərinin müəyyən olunması üçün istintaq aparılır./Virtualaz

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : cinayətkar dəstə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 15:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com