Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Dekabr

2018
11:36
“Aqrolizinq” 150 ədəd yeni kombayn alacaq

“Aqrolizinq” ASC 32 ədəd 175 a.q gücdə (lot-1), 20 ədəd 185 a.q gücdə (lot-2), 40 ədəd 152 a.q. gücdə (lot-3), 20 ədəd 180 a.q gücdə (lot-4), 30 ədəd 160 a.q gücdə taxılyığan kombayn xırdalayıcı ilə (lot-5) və 8 ədəd 155 a.q gücdə taxılyığan kombayn (lot-6) satınalınması üzrə açıq tender elan edib.

FaktXəbər bu barədə şirkətin rəsmi qəzetdə elanına istinadən məlumat verir.

İddiaçılar tenderdə iştirak etmək üçün 10 yanvar 2019-cu il tarixinə kimi aşağıdakı sənədləri (tender təklifi və 2% bank təminatı istisna olmaqla) təqdim etməlidirlər: tenderdə iştirak etmək üçün yazılı müraciət, iştirak haqqının ödənilməsi barədə sənəd, iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqqında bank arayışı, iddiaçının vergilər və sosial sığorta ödənişləri üzrə borcunun olmaması barədə müvafiq vergi orqanları və DSMF tərəfindən təsdiq olunmuş sənəd, iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri barədə məlumat, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və nizamnamənin notarial qaydada təsdiq edilmiş surəti.

Tenderlə maraqlananlar əsas şərtlər toplusunu lot-1 üzrə 2 min manat, lot-2 üzrə 1 min manat, lot-3 üzrə 2 min manat, lot-4 üzrə 1 min manat, lot- 5 üzrə 2 min manat, lot-6 üzrə 500 manat məbləğində iştirak haqqı ödədikdən sonra “Aqrolizinq” ASC-dən ala bilərlər.

Tender təklifi və bank təminatı 18 yanvar 2019-cu il saat 17:00-a qədər təqdim olunmalıdır.

Bağlı zərflər 21 yanvar 2019-cu il tarixdə saat 15:00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi 12 ünvanında yerləşən “Aqrolizinq”ASC-nin konfrans zalında açılacaq. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : kombayn 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 08:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com