Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2018
16:41
2131
Whatsapp-da DYP rəisi haqqında məlumat yayan şəxs həbs edilib

Whatsapp sosial şəbəkəsində Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenantı Cavanşir Ələkbərovla bağlı səs yazısı yayan şəxs həbs edilib.

Bu, Qasımov Fariz Mürvət oğludur. Həmin şəxs Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, F.Qasımov barəsində tərtib edilmiş sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onun barəsində 15 sutkalıq həbs qərarı çıxarıb: "Vətəndaş səmimi olaraq peşmançılığını bildirib və belə informasiya yaymaqla etdiyi avtoxuliqanlıq hərəkətinə görə məsuliyyətdən yayınmağa çalışmaq istədiyini etiraf edib".

Qeyd edək ki, Whatsapp-da yayılan səs yazısında Cavanşir Ələkbərovun ünvanına ittihamlar səslənib. Səs yazısını yayan F.Qasımov bildirib ki, özü də daxil olmaqla bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 nömrəli “Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbləşərək onu sağdan ötür. Guya 005 nömrəli maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır. Buna isə rəis özü göstəriş verir.

Məqalədə : DYP rəisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
43

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
19

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
26

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
29

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
29

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
49

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
65
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 15:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru