Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2018
15:03
`Qarabağ`la oyunda da gənclərə şans verəcəm` - Emeri

“Komandamızın bugünkü performansını bəyəndim.  Meydana az çıxan futbolçulara şans vermək baxımından bu oyun önəmli idi”. Qol.az-ın məlumatına görə, bu sözləri “Arsenal”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Vorskla”ya qəlib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransında deyib.

London klubunun qollarından ikisini gənc futbolçular – 18 yaşlı Smit Rou və 19 yaşlı Co Uillok vurub. Emeri gənclərin çıxışından razı qaldığını və “Qarabağ”la keçiriləcək qrupun son matçında onlara yenidən şans verəcəyini bildirib: “Bu oyunda müntəzəm bizimlə məşq edən gəncləri sınadım. Emil Smit-Rou artıq məsuliyyət dərk edir, oyunu öz üzərinə götürməyi bacarır. O, digər gənclərə örnəkdir. Qrup mərhələsini lider kimi də başa vura bilərik, 2-ci yerlə də. Ancaq “Qarabağ”la matçda da gənclərə şans verəcəm.  Oyun qrafikimiz sıxdır. Ona görə də bütün futbolçularımıza şans vermək lazımdır”.

Qeyd edək ki, “Arsenal” – “Qarabağ” matçı dekabrın 13-də keçiriləcək. London klubu hələ ötən turdan pley-offa vəsiqəni təmin edib. “Qarabağ” isə dünən “”Sportinq”ə uduzmaqla qrupdan çıxmaq şansını itirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Arsenal 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 08:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com