Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2018
10:45
1528
Venesuelada minimum əmək haqqı 11 dollar oldu

Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ölkədə minimum əmək haqqı 2,5 dəfə artırılaraq 1,8 mindən 4,5 min bolivara qədər çatdırılıb. FaktXəbər bildirir ki, bu barədə o, dövlət televiziyasında çıxışı zamanı danışıb.

"1 dekabrdan etibarən minimum əmək haqqı və pensiyaların miqdarı 4,5 min bolivar olacaq. Bu, avtomatik olaraq bütün maaş cədvəllərinin düzəldilməsini nəzərdə tutur",- deyə Maduro əlavə edib.

Qeyd edək ki, Venesuelada minimal məvacib qara bazarda 11 dollar təşkil edir. Sentyabr ayından etibarən Venesuelada minimum əmək haqqı 60 dəfə artırılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Venesuela 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2019 08:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com