Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2018
12:26
Eldar Mahmudovun atasının adını daşıyan tanker Qara dənizdə `ilişib` - FOTO

Ukraynanın infrastruktur naziri Vladimir Omleyan Rusiyanı Azov dənizindəki Mariupol və Berdyansk limanlarını blokadaya almaqda günahlandırıb. Nazir Rusiyanın gəmilərin bu limanlara girib-çıxmasına imkan vermədiyini deyib.

“35 gəmi blokadaya alınmış vəziyyətdədir. Hərəkət ancaq Azov dənizindəki Rusiya limanları istiqamətində mümkündür. Yəni Rusiya Azov dənizindəki Ukrayna limanlarını blokadaya alıb”-nazir bildirib.

Vladimir Omelyan deyib ki, hazırda 18 gəmi Azov dənizinə daxil olmaq üçün gözləyir. Onlardan 4-ü Berdyansk, 14-ü Mariupol limanlarına istiqamət alıb. Habelə Azov dənizinin Qara dənizə çıxışında Berdyansk limanından yola çıxan üç gəmi qalır. Daha 8 gəmi isə limanlarda lövbər salıb gözləməli olublar.

“Rusiyanın məqsədi Ukraynanı tədricən qanuni ərazilərindən sıxışdırıb çıxarmaq, Azov dənizində vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməkdir”- o bildirib.

Gəmilərin hərəkətini online izləməyə imkan verən MarineTraffic portalının məlumatına əsasən həqiqətən noyabrın 28-də axşam Kerç-Yenikalsk kanalının girişində, Kerç körpüsünün hər iki tərəfində böyük sayda gəmilər cəmləşib. Onların arasında Panama, Malta, Azərbaycan və digər ölkələrin bayraqları altında üzən gəmilər və tankerlər də var. Virtualaz.org MarineTraffic vasitəsilə dəqiqləşdirib ki, Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi de-fakto dəniz blokadasının təsirinə məruz qalan gəmilərdən biri də Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan və “Palmali” şirkətinə məxsus olan tankerdir.

Məqalədə : Eldar Mahmudov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

MSK müraciətləri araşdırır

24

Fevral
16:31
ÖLKƏ
289

Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib

24

Fevral
14:15
BÖLMƏNİ DÜZ SEÇ!
296

Sabah hava yağmursuz olacaq

24

Fevral
13:08
ÖLKƏ
280

Başı hərlənən qız ölümdən döndü - VİDEO

24

Fevral
13:06
HÜQUQ,HADİSƏ
1252
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 02:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru