Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2018
10:26
1703
Paşinyanın `Mənim addımım` blokunun `qorxaq addım`ı

Ermənistanın Respublikaçılar partiyasının sədri Serj Sarkisyanın birinci müavini, sabiq müdafiə naziri Vigen Sarkisyan ölkənin baş naziri səlahiyyətlərini icra edən, parlament seçkilərinə qatılan “Mənim addımım” blokunun rəhbəri Nikol Paşinyanı ictimai formada açıq siyasi debata çağırıb.Vigen Sarkisyan özünün “Facebook” səhifəsində yazıb.

Bildirib ki, 9 dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün təşviqat kampaniyasında Paşinyanın əvvəlki hökumətə qarşı təhqirləri və əsassız tənqidlərini, həmçinin, Ermənistan cəmiyyətini “ağlara” və “qaralara” ayırmasını və bununla da, seçki prosesini ləyəqətsiz şəkildə alçatmasını nəzərə alaraq, yalnız Respublikaçılar və “Mənim addımım” blokunun birinci şəxsləri səviyyəsində İctimai televiziyada ayrıca teledebatın keçirilməsi vacibdir.

Lakin Paşinyanın mətbuat katibi Vaan Kostanyan jurnalistlərə açıqlmasında bəyan edib ki, “Mənim addımım” bloku hələ ki televiziyalarda qanunla nəzərdə tutulmuş ödənişli təşviqat vaxtından istifadə etməyəcək. Lakin jurnalistlər Paşinyan blokunun İctimai televiziyadakı ödənişsiz təşviqat vaxtından istifadə etmədiyini irad tutublar. Kostanyan isə sadəcə deyib ki, lazımi zamanda onlara ayrılan vaxtdan istifadə edəcəklər.

Erməni mediasında Paşinyanın “Mənim addımım” blokunun bu mövqeyi “qorxaq addım” kimi dəyərləndirilib.

Kostanyanın keçirdiyi mətbuat konfransında jurnalistlər onu da irad tutublar ki, “Mənim addımım” blokunun təşviqat video-roliklərinin sakit və sülh-sosial mahiyyətilə Paşinyanın təşviqat kampaniyası çərçivəsində etdiyi çıxışlar arasında heç bir məntiqi bağlılıq və uzlaşma yoxdur. Onların fikrincə, Paşinyan Ermənistanın gələcyilə bağlı müfəssəl seçki platforması təqdim etmək əvəzinə, çıxışlarında əvvəlki hakimiyyətə münasibətdə döyüş ritorikası ilə silahlanıb.

Bu cür əsaslı iradlar qarşısında aciz qalan Kostanyan isə Paşinyanın guya mövcud siyasi vəziyyəti müxtəlif rakurslardan əhalinin diqqətinə çatdırmağa və ölkənin gələcəyi barədə uzunmüddətli mesajlar verməyə çalışdığını deyərək suallardan yayınıb.

Ehtiram Aşırlı / analitik

Məqalədə : Paşinyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
192

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
121

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
149

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
185

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
216

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
206

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
769

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
578
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 21:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru