Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2018
08:57
Azərbaycan deputatları İrəvandakı məsciddə - FOTO

İrəvanda səfərdə olan Azərbaycan deputatları Azərbaycanın tarixi memarlıq abidəsi olan Göy Məscidə baş çəkiblər.

Bu haqda məlumatı millət vəkili Əflatun Amaşov paylaşıb. Deputatlar Ermənistana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin iclasında iştirak etmək üçün gediblər. Nümayəndə heyətinə millət vəkilləri Eldar Quliyev və Əflatun Amaşov, QDİƏT-nın baş katibi Asəf Hacıyev daxildir. 

Göy Məscidin fotolarını paylaşan Ə. Amaşov yazıb: “Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri olub. Zaman ötdükcə başına cox bəlalar gəlib: 24 metrlik 4 minarəsinin 3-ü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, 2 dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”...

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com