Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2018
15:59
“Qarabağ` - `Sportinq` oyununa 10 mindən çox bilet satılıb

Noyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ" - "Sportinq" oyununa 10 mindən artıq bilet satılıb.

Bu barədə açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

O bildirib ki, hazırda bilet satışı davam edir: "Oyun üçün 67 mindən artıq bilet çap olunub. Biletlərin qiyməti 2 manatdan 50 manata qədər dəyişir. Artıq rəqib komandanın azarkeşləri 50 bilet alıblar. Qalan biletlər "Qarabağ" azarkeşlərinə satılıb".

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. E qrupunda mübarizə aparan Ağdam təmsilçisi 4 oyundan 3 xalla sonuncu sıradadır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ Sportinq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 07:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com