Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2018
15:42
`Sumqayıtda iş yerləri açsaq Bakı-Sumqayıt yolunda tıxac olmaz`

Sumqayıt şəhərinin inkişaf potensialı böyükdür. 

Düzdür, bu gün bu imkanlar əvvəlki illərə, 70-ci illərin potensialına nisbətən az olsa da, keyfiyyət (heç şübhəsiz, ilk əvvəl ekoloji tarazlığın təmin edilməsi baxımından) baxımından yeni məzmun kəsb edir.

Odur ki, Sumqayıtın gələcək inkişafı bir növ Bakı meqapolisinin hədlərinin böyüməməsinə xidmət edir, səmərəsiz miqrasiya axınının qarşısını alır. 

Bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Son illərdə Sumqayıtın ikinci inkişaf mərhələsi yaşadığını, yeni müəssisələrin istifadəyə verildiyini deyən komitə sədrinin sözlərinə, bu şəhərdə çoxsaylı iş yerlərinin yaradılması  Sumqayıtdan Bakıya axını xeyli yumşalda bilər. 

“Bu, həm illərdir Bakı-Sumqayıt yolunda yaşanan dəhşətli tıxac probleminin nisbətən azaldılması, aradan qaldırılması, həm də asudə vaxtın daha çox olması baxımından müsbət bir addım olardı.

Sumqayıt inkişaf edir, imkanlar böyükdür, amma bu gün nə qədər çətin və mürəkkəb də olsa, Sumqayıtın 20-25 illik inkişaf konsepsiyası hazırlanmalıdır. Bu konsepsiyanın hazırlanması, təbii ki, əvvəlki dövrlərdən fərqli olaraq, bir sıra çətinliklərlə üzləşir. Çünki burada gələcəkdə yeni müəssisələrin yaradılması dövlətdən asılı deyil. Burada gələcəkdə daha çox özəl sektor inkişaf etməlidir.

Özəl sektorun inkişafını 10 ilə, 15 ilə proqnozlaşdırmaq isə çox çətindir. Amma bütün hallarda bu proqram hazırlanmalıdır”, - deyə o əlavə edib.(oxu.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bakı Sumqayıt 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com