Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2018
15:24
“Qəhrəman olmaq üçün əlindən gələni etməlisən” - Halldorsson

“Sportinq” böyük komandadır. Bizim üçün vacib oyundur. Qalib gəlsək, şanslarımızı saxlamış olacağıq. Bu möhtəşəm stadionda oynamaq bizim üçün hər zaman xoşdur”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Hannes Halldorsson Avropa Liqasının qrup  mərhələsinin 5-ci turunun “Sportinq”lə oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Sabahkı görüşlə bağlı fikirlərini açıqlayan islandiyalı qolkiper qrupdan çıxmaq şanslarını dəyərləndirib: “Qrupdan çıxa bilərik. Düşünürəm ki, hər şey mümkündür. Sabah qələbə qazansaq, irəliyə doğru böyük addım atmış olacağıq. İnanıram ki, biz bunu bacaracağıq".

34 yaşlı qapıçı “Sportinq”lə matçda qəhrəman olmaq deyil, yaxşı nəticə qazanmaq haqda düşündüyünü bildirib: “Ümumiyyətlə, qəhrəman olmaq üçün məşqlərdə əlindən gələni etməlisən. Mən buna köklənmirəm ki, sabah kim qəhrəman olacaq. Əsas odur ki, öz işini düzgün görüb, yaxşı nəticə qazanasan. Başqa komanda yoldaşın da qəhrəman ola bilər”.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu saat 21:55-də başlayacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 08:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com