Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2018
12:35
3130
Erməni gəlini: Qaynatam Qarabağda hamilə qadınları doğrayır, qulaqlarını kəsirdi-VİDEO

Ukrayna TV-də «Eksrasenslərin araşdırılması» verilişində Qarabağda erməni işğalçılarının törətdiyi qandonduran cinayətlərdən biri barədə etiraf səslənib, hansı ki, nəinki orda olanları, hətta erməni əsilli ekstrasensin özünü də şoka salıb.

FaktXeber.com-un məlumatına görə, verilişdə 6 aylıq qızı Karinanın və 6 yaşlı oğlu Erikin «ruhlar» tərəfindən izləndiyini bildirən erməni qadın Nelli ekstrasensdən kömək istəyir. Belə ki, evdə müxtəlif anomal hadisələr baş verir, Erikin sözlərinə görə, onun çarpayısının yanına uzun qara saçlı bir qadın gəlir, Karinanı ona verməsini istəyir və sair.

Ailə sonunda "Ekstrasenslərin araşdırması" verilişinə müraciət edir. Burda da ona ekstrasenslər Rubina Sıbulskaya və Suren Culakyan kömək eləməyə çalışır. 

Erməni əsilli ekstrasens elə ilk araşdırmada məsələnin qadının qohumu ilə bağlı olduğunu  bildirirərək ritual keçirməyə başlayır və həyəcanlı halda deyir: «Bu nə dəhşətli mənzərədir mənim gözlərimə görünür. Aman Allahım… Mən anlaya bilmirəm, sizin qohumunuz manyakdır?» 

Nelli bu zaman ağlayır və deyir: "Mənim ilk ərimin atası Qarabağda döyüşüb...»

Ekstrasens sözlərinə davam edir: «O, onlarla insanı qətlə yetirib, onları zorlayıb, öldürüb».

Qız bunu təsdiq edib deyir: «Mən gəlin gələndə 18 yaşım var idi. Mən oğluma hamilə qalanda o, məni qarşısına otuzdururaraq, hamilə qadınları necə öldürdüyünü danışırdı».

Verilişdə Nellinin anası da danışaraq, keçmiş qudasının Qarabağda döyüşdüyünü təsdiqləyir: «O, müharibə veteranı idi və danışırdı ki, hamilə qadınları necə doğrayırdılar, qulaqların kəsirdilər… Mən başa düşə bilmirdim ki, bunu necə danışmaq olar".

Nelli ağlayaraq qaynatasının bu hərəkələrindən hər zaman qürurla danışdığını da vurğulayır.

 

Dəhşətli etirafların olduğu həmin kadrları sizlərə təqdim edirik: 

Məqalədə : erməni 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru