Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2018
12:35
Livan Rusiyadan hərbi yardım almaqla bağlı təfərrüatları açıqladı

Livanın baş nazirinin müşaviri Corc Şaaban Rusiyadan hərbi yardım alınması ilə bağlı problemlər barədə KİV-də yayılan məlumatları şərh edib.
 
Ötən həftə Livanın "Əl-Əxbar" qəzeti yazıb ki, Beyrut "Kalaşnikov" avtomatı üçün nəzərdə tutulmuş milyonlarla hərbi sursatı qəbul etməkdən imtina edib. Səbəb kimi NATO standartlarına uyğunlaşdırılan silahların güllə ölçülərinin uyğun olmaması göstərilib.

Livanda baş nazir səlahiyyələtini icra edən Səəd Həririnin mətbuat xidməti açıqlayıb ki, bu, həqiqətə qətiyyən uyğun deyil. "Rusiya tərəfinə yardım almaq üçün razılıq verilib",-deyə məlumatda qeyd olunur.

"Biz yanvarda Livan ordusunun komandanlığından xəbərdarlıq aldıq ki, Rusiyanın yardımına ehtiyac yoxdur. Baş nazir Həriri də həmin yarıdımı Daxili İşlər Nazirliyinə yönəltməyi mənə tapşırdı. Mən bunu Rusiyadan xahiş etdim, ancaq on gün bundan əvvəl məlumatlandım ki, yardımı yönləndirmək mümkün deyil",-deyə Corc Şaaban "MTV" kanalına müsahibəsində bildirib.

Bundan sonra Livan hökuməti qərar verib ki, Müdafiə Nazirliyi razılaşmaya uyğun olaraq patronları qəbul edəcək və onları Daxili İşlər Nazirliyinə təhvil verəcək.

Məqalədə : Livan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
434

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
367

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
347
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 21:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru