Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2018
08:21
1549
Bərdədə kütləvi dava baş verib, 4 nəfər bıçaqlanıb - VİDEO

 Bərdə rayonunda kütləvi dava baş verib.

FaktXəbər-in "Report"a istinadən məlumatına görə, hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosuna verilən məlumata görə, Bərdə rayon Qaradəmirçi kənd sakinləri - Nurlan, Sərxan və Orxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların ikisi Reanimasiya, digər ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bərdə bıçaqlanma 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 18:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com