Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2018
14:44
İngiltərə və Səudiyyə Ərəbistanı birgə təlim keçirir

Böyük Britaniya və Səudiyyə Ərəbistanı orduları "Yaşıl Bayraq" adlı birgə hərbi hava təlimlərinə başlayıb. FaktXəbər bildirir ki, Kral Fəhd hava bazasındakı təlimə 200 ingilis pilotla səkkiz "Typhoon" döyüş təyyarəsi cəlb olunub.
 
Səudiyyə Kral Hava Qüvvələrinin döyüşə hazırlığını inkişaf etdirən təlim 2 həftə davam edəcək.
 
Ölkənin hava qüvvələri komandanı Heydər bin Rafi əl-Öməri bildirib ki, təlimlər havada döyüş və elektron müharibə daxil olmaqla, bütün döyüş sistemlərinin sınağını, o cümlədən qurudan müdafiə sistemlərinə qarşı hücumu qarşısına məqsəd qoyub.

Qeyd edək ki, Yəməndə hava hücumlarında uşaq və vətəndaşları qətlə yetirən Səudiyyə Ərəbistanının ABŞ-dan sonra ən böyük silah tədarükçüsü İngiltərə sayılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : hərbi təlim 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 02:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com