Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2018
14:43
Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri başa çatıb

Azərbaycan, Türkiyə və Gürcüstan ordusunun “Eternity-2018” birgə komanda-qərargah təlimləri başa çatıb.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyənin Lüleburqaz şəhərində keçirilən təlimlərdə Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə yanaşı, Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə və Azərbaycan hərbçiləri ilə birgə iştirak ediblər.

Təlimlərin məqsədi Gürcüstan, Türkiyə və Azərbaycanın Silahlı Qüvvələri arasında qarşılıqlı uyğunluğun artırılması olub. Təlimlər ərazi və qəragah komponentləri üzrə həyata keçirilib. İştirakçılar çoxmillətli qərargahın planlaşdırılması prosedurları, həmçinin milli taborların idarə olunması və onlara nəzarətin təşkili üzrə bilik və təcrübələrini artırıblar.

Təlimlərin ssenarisi böhran vəziyyətində Bakı-Tbilisi-Ceyhan neft kəməri, strateji əhəmiyyətli dəmir yolu xətti və boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması üzrə əməliyyatlardan ibarət olub.

Gürcüstan-Türkiyə-Azərbaycan birgə təlimləri rotasiya prinsipinə əsasən hər üç ölkədə keçirilir. 

Məqalədə : hərbi təlimlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Millimiz Türkiyə yığması ilə oynayacaq

20

Fevral
10:21
BÖLMƏNİ DÜZ SEÇ!
165

Vilayət Eyvazovdan yeni TƏYİNAT

20

Fevral
10:05
HƏRB
353

Xarici valyutaların manata qarşı məzənnələri

20

Fevral
09:55
İQTİSADİYYAT
295

Xəzərdə zəlzələ baş verib

19

Fevral
17:44
ÖLKƏ
259

Xarici valyutaların manata qarşı məzənnələri

19

Fevral
17:31
İQTİSADİYYAT
276

Paytaxtın bu hissəsində su olmayacaq

19

Fevral
17:10
ÖLKƏ
427
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 11:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru