Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2018
14:13
Məktəblilər arasında inşa müsabiqəsi keçirilir

"Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının təşkilatçılığı ilə Bakının ümumi təhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə inşa-yazı müsabiqəsinə başlanılıb.

Məlumata görə, məktəblərin IX, X və XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara ölkənin tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarətdir.

İnşa yazı müsabiqəsinə 20 dekabr tarixində yekun vurulacaq qaliblərin yazıları "Azərbaycan Dünyası" beynəlxalq jurnalının növbəti sayında dərc olunacaq.

Müsabiqənin əsasnaməsinə uyğun olaraq, mövzunun dəqiqliyi, əsas fakt və hadisələri bilmək, orijinal yanaşma, fikrin əsaslandırılmış və aydın şəkildə ifadə edilməsi, məntiqli nəticələrin çıxarılması, ədəbi dilin yazı qaydalarına riayət etməklə tərtib olunması əsas meyarlardır. 

Qeyd edək ki, inşa yazıların həcmi 5000 - 10000 işarədən ibarət olmalıdır.

Hazırlanmış məqalə ölkənin elektron və çap mediasında dərc olunmalı, məqalənin sonunda ""Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının təşkil etdiyi müsabiqəyə təqdim olunur" sözləri qeyd edilməlidir. Dərc edilmiş məqalə çap mediasındadırsa, məqalənin özü və məqalənin dərc edildiyi səhifənin surəti məqalə tam aydın, oxunaqlı şəkildə, əgər elektron mediasındadırsa, məqalənin dərc edildiyi link [email protected][email protected] elektron ünvanına göndərilməlidir.

Qaliblər I, II və III yer olaraq müəyyənləşdiriləcək və "Dədə Qorqud" Milli Fondu tərəfindən diplom və "Dədə Qorqud" mükafatı təqdim ediləcək. Növbəti 7 yerin sahibinə isə həvəsləndirici diplom veriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14137

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12807

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14200

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13799

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19164

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13668

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13772
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-08-2020 11:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru