Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2018
12:14
Azərbaycanın dövlət borcunun çatışmayan hissəsini bu FOND ödəyəcək

Azərbaycanın dövlət borcunun çatışmayan hissəsi Təminat Fondu hesabına icra ediləcək.

Bununla bağlı “Dövlət borcu haqqında” qanunun 7-ci maddəsinə (Dövlət borcuna xidmət) dəyişiklik təklif edilir.

Belə ki, qanunun 7.1-ci bəndi yeni redaksiyada verilir.

Hazırkı qanunvericiliyə görə, Azərbaycan Respublikasının dövlət borcuna xidməti müvafiq icra hakimiyyəti orqanı təmin edir. Dövlət borcuna xidmət xərcləri müvafiq büdcə ili üzrə “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” Qanununda nəzərdə tutulur.

Təklif olunan dəyişiklik isə aşağıdakı kimidir:

Azərbaycan Respublikasının dövlət borcuna xidməti müvafiq icra hakimiyyəti orqanı təmin edir. Dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün vəsaitin ayrılması müvafiq büdcə ili üzrə “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” qanununda nəzərdə tutulur. Ayrılmış vəsait dövlət borcuna xidmət xərclərinin icra edilməsi üçün kifayət etmədikdə həmin xərclərin çatışmayan hissəsi Təminat Fondu hesabına icra edilir.

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin noyabrın 27-i və 30-da keçiriləcək iclaslarında müzakirə ediləcək. (modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Dövlət borcu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 15:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com