
Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər dekabrın 1-dən 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
Müdafiə Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti - 2 nüsxədə;
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə;
- məhkumluğun olub-olmaması barədə qeydiyyatda olduğu rayon Polis İdarəsi (şöbə, bölmə) tərəfindən verilmiş arayış.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi) və hərbi birliklərin qərargahları.
Müraciət etmə vaxtı: 2018-ci il dekabrın 1-dən 20-dək, hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 14.00-dək.
Telefon: (012) 538-85-62.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin hər hansı bir maddəsilə (156-cı maddənin “a” bəndi (xidmət müddəti başa çatdığına görə) və “q” bəndi (ştatların ixtisarına görə) istisna olunmaqla) ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkumluğu olan hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel
Xəstəxanadakı sevinci ilə məşhurlaşan qazi əlillik təyinatından narazıdır
16
Aprel
Altı ay komada qalan və dünən şəhidlik zirvəsinə ucalan hərbçimiz dəfn olundu - FOTO
16
Aprel15-04-2021 11:08 Müdafiə Nazirliyinin bölgələrdəki ərzaq anbarları yenidən quruldu - Video
09-04-2021 16:07 Tank bölmələri döyüş atışları icra edib - VİDEO
08-04-2021 16:46 Tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO
08-04-2021 11:38 Azad olunan ərazilərdə xidmət edən hərbçilərlə görüşlər keçirilir
07-04-2021 17:03 Azərbaycanda hərbçi yanaraq ölüb
07-04-2021 12:38 Kəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir - V
- 16-04-2021 14:03 Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb
- 15-04-2021 11:08 Müdafiə Nazirliyinin bölgələrdəki ərzaq anbarları yenidən quruldu - Video
- 08-04-2021 16:46 Tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO
- 07-04-2021 17:03 Azərbaycanda hərbçi yanaraq ölüb
- 06-04-2021 12:37 Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başladı - VİDEO
- 06-04-2021 11:29 Əsgərin intiharı ilə bağlı cinayət işi başlanılıb
- 05-04-2021 17:33 Müharibədə HHQ-nin məhv etdiyi düşmən hədəfləri - VİDEO
- 03-04-2021 10:00 Şuşaya “İskəndər M” raketinin atılmasının görüntüləri - VİDEO
- 02-04-2021 16:53 Müdafiə Nazirliyindən deputatın ittihamlarına - Cavab
- 02-04-2021 16:41 ANAMA: Şuşaya atılmış raket "İskəndər-M"dir
- 01-04-2021 15:55 Zakir Həsənov Bayraktarla görüşdü
- 01-04-2021 10:19 Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
- 31-03-2021 16:15 Erməni deputat: “Kəlbəcərin erməni tarixinə heç bir aidiyyəti yoxdur”
- 30-03-2021 11:58 Topçu Vüsal müharibədən sonra... - FOTO
- 29-03-2021 15:19 Zakir Həsənov bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsini tələb etdi
- 25-06-2020 14:34 Prezident “N” saylı hərbi hissəsinin açılışında olub
- 19-06-2020 11:15 Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı olub - VİDEO
- 19-06-2020 09:13 Atəşkəs 22 dəfə pozulub
- 18-06-2020 10:10 Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
- 17-06-2020 09:40 Ermənistan atəşkəsi 24 dəfə pozdu
- 16-06-2020 17:04 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib
- 16-06-2020 15:55 Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
- 16-06-2020 15:34 Çin və Hindistan əsgərləri arasında atışma: ölənlər var
- 16-06-2020 13:48 Cənubi Koreya qoşunları yüksək hazırlıq vəziyyətinə gətirildi
- 16-06-2020 09:44 Ermənistan atəşkəsi 26 dəfə pozdu