Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2018
08:44
1214
`Xəzərdə olan suitilər ancaq bu dənizdə yaşaya bilir`

Hazırda Xəzərdə 110 mindən çox suiti var. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

M.Axundovun sözlərinə görə, hazırda Xəzərdə olan suitilərin köç mövsümü başlayıb, şimala doğru miqrasiya edirlər. Köç mövsümündə isə heyvanların ölüm halı əvvəlki dövrlərdən daha çox olur.

“Qış ayları bu canlılarda nəsilartırma mövsümü olduğu üçün Xəzərdə olan suitilər indidən şimala doğru köç edirlər. Dekabr-yanvar aylarında Xəzərin şimal sahillərində buzların üzərində heyvanların balalama dövrü başlayır. Miqrasiya dövründə yaşlı heyvanlar arasında saatlarla üzməyə tab gətirməyib ölənləri də olur. Dəniz axını onları Xəzərin qərb sahillərinə gətirib çıxarır. Bəzi hallarda Mərdəkan, Bilgəh sahillərində onların cəsədlərini görə bilirik”.

Mütəxəssis bildirib ki, Xəzərdə olan suitiləri digərlərindən fərqlənir, belə ki, onlar endemik növdür və ancaq bu dənizdə yaşaya bilirlər:

"Səbəb isə odur ki, başqa yerlərdə suyun duzluluq səviyyəsi 30-40 promil (bir litr suda olan duzun kütləsi), Xəzərdə isə 12-13 promildir. Xəzər suitiləri yuxarı duzluluğa tab gətirə bilməz. Saya gəldikdə isə, Rusiya tərəfinin araşdırmalarına görə, hazırda Xəzərdə 300 min baş suiti var. Ancaq Böyük Britaniya tədqiqatçıları bildirirlər ki, burada 110 min suiti var. Biz britaniyalı araşdırmaçılarla razılaşırıq".

Direktor onu da əlavə edib ki, Azərbaycan 1954-cü ildən suitilərin ovunu dayandırıb, Rusiya və Qazaxıstanda isə bu heyvanların ovlanmasına kvota tətbiq olunub./Trend

Məqalədə : suiti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
79

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
161

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2124

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
499
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 19:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru