Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2018
21:00
4946
Peyğəmbərin mövludu Bakıda möhtəşəm şəkildə qeyd edildi - FOTO-VİDEO

Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mövlud tədbirləri təşkil olunub. FaktXəbər bildirir ki, elə tədbirlərdən biri də bu gün axşam Bakının "Məşədi Dadaş" məscidində keçirilib. 

Mövlud gecəsinə din xadimləri - ilahiyyatçı hacı Şahin Həsənli, Qaraçuxur qəsəbə məscidinin imamı Qurban Əliyev, ilahiyyatçı Axund Azər Sani, məşhur qari hacı Ruslan Qasımov, xalq artisti, Azərbaycan muğam sənətinin görkəmli ifaçısı Alim Qasımov, məşhur xanəndə Hüseyn Məlikov, yazıçı, şair və kinodramaturq İlqar Fəhmi, fəlsəfə doktoru Mail Yaqub, tanınmış qəzəlxan Arif Buzovnalı və digər qonaqlar qatılıblar. Tədbiri məscidin həyətində quraşdırılmış monitordan da izləmək mümkün olub. 

Qeyd edək ki, Həzrət Məhəmmədin (s) mövlud məclisinə sünni məzhəbindən olan Qaraçuxur məscidinin imamının dəvət olunması və onun məsciddə çıxış etməsi ölkədə şiə-sünni vəhdətinin təbliğinə böyük töhvə verib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Həzrəti Məhəmməd 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 14:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com