Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2018
16:14
Zakir Həsənov yeni binanın açılışında

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilən Əsaslı tikinti şöbəsinin inzibati binasının açılışında iştirak ediblər.

Bu barədə FaktXəbər-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinə məlumat verilib ki, mərkəzləşdirilmiş istilik sistemi, elektrik və su xətləri ilə təchiz edilmiş bina nəzarət, layihə, maliyyə və texniki bölmələr üçün nəzərdə tutulmuş xidməti və digər otaqlardan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.

Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra müdafiə naziri hərbi qulluqçuların xidməti, sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Müdafiə naziri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com