Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2018
12:06
BNA rusiyalı bloggerin dediklərinə münasibət bildirib - VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) rusiyalı blogger İlya Varlamovun Azərbaycan paytaxtındakı piyada zolaqları və keçidləri ilə bağlı dediklərinə münasibət bildirib. 

Agentliyin mövqeyini FaktXəbər-ə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlayıb. 

Xatırladaq ki, blogger Bakı haqqında hazırladığı sujetdə paytaxtın İstiqlaliyyət küçəsində lazimi qədər piyada zolağının olmadığını, yeganə piyada keçidinin xeyli uzaqda yerləşdiyini, eləcə də keçidlərdə pandusların olmadığını, bunun yaşlı və fiziki qabiliyyəti məhdud insanlar üçün problem yaratdığını qeyd edib. 

M.Ağayevin sözlərinə görə, İ.Varlamov bundan əvvəl də Bakı ilə bağlı videoçarx hazırlayıb: "Həmin sujetdə paytaxtda yol hərəkətinin təşkili, piyadaların təhlükəsizliyi ilə bağlı bir sıra problemlər qabardılmışdı. O zaman BNA bu istiqamətdəki işlərə yenicə başlamışdı. Ötən dövrdə Agentlik şəhərdə piyadalar üçün pandusların quraşdırılması, qoruyucu tumbaların qoyulması, səkilərin məhəccərlərlə əhatələnməsi, yeni piyada keçidlərinin, sensorlu işıqforların təşkil edilməsi istiqamətində bir sıra işlər həyata keçirib. Yəni, bloggerin dediyi problemlər aradan qaldırılıb. 

Sonuncu videoçarxa gəlincə isə, İstiqlaliyyət küçəsində piyada zolaqları zəruri olan yerlərdə təşkil edilib. Keçiddə pandusun olmamasına gəlincə isə, BNA bu məsələni İ.Varlamovdan əvvəl də qaldırıb və hazırda həlli üçün səy göstərir. Onu da deyim ki, Agentlik bu işləri xarici bloggerlər üçün yox, ölkə vətəndaşlarının mənmun qalması üçün görüb". 

Məqalədə : İlya Varlamov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19271

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17892

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19252

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18818

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24366

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18806

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18956
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 13:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru