Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2018
10:44
Kamran Ağayev zədəli olmayıb - Millinin məğlubiyyətinin şok təfərrüatı

Futbol üzrə Azərbaycan millisinin Kosovaya 0:4 hesabı ilə uduzduğu matç ətrafında söz-söhbət səngimək bilmir.

Qeydə alınan uğursuz nəticədən sonra yığmanın baş məşqçisi Qurban Qurbanov hədəfə çevrilib.

Ona qarşı AFFA-nın baş katibi Elxan Məmmədova yaxınlığı ilə seçilən istər rusdilli mediada, istərsə də sosial şəbəkələrdə qaralama kampaniyasına start verilib.

İstər İsgəndər Cavadovun oyundan sonra dilə gəlməsi, istərsə də Ayaz Əhmədov, Rəhman Hacıyev kimi Elxan Məmmədova yaxınlığı ilə seçilən şəxslərin Qurbanovun istefasını tələb etməsi əbəs yerə deyil.

Digər ilginc bir məqam isə Elxan Məmmədovgil tərəfindən milliləşdirilən Pavel Paşayev, Dmitri Nazarov və Rüfət Dadaşovun Kosova ilə oyunda potensialından olduqca aşağı çıxış etməsidir. Onların zəif çıxışı istər-istəməz şübhə doğurur.

Farer adaları ilə qarşılaşmanın ikinci hissəsində zədələnən Pavel Paşayev Kosova yığması ilə oyundan öncə həkimlərə tam sağaldığını, matça hazır olduğunu deyib. Lakin onun sərgilədiyi oyun bunun tam əksini deyir. Buraxılan 3 qolda rəqib hücumçulara “açıq qapı” günü elan edən Paşayevin nəyə görə yalan danışdığı da ayrıca şübhəli məqamıdır.

Əldə etdiyimiz digər şok bir məlumat isə ondan ibarətdir ki, Farer adaları ilə matçın ilk hissəsinin 42-ci dəqiqəsində zədələnən Kamran Ağayevin MRT müayinəsi nəticəsində zədəli olmadığı üzə çıxıb. Buna baxmayaraq, o zədəsini bəhanə gətirərək yığmadan kənarlaşmaq istəyib. Qurban Qurbanovun özü də qapıçının MRT nəticəsindən agah olub və onun bilərəkdən Kosova ilə matçda iştirak etmədiyindən xəbərdardır.

Etibarlı mənbə bildirir ki, bu söhbət “Keşlə”nin prezidenti Zaur Axundova da çatıb. O da öz növbəsində Kamran Ağayevi cəzalandırdıracağını bildirib.

İş burasındadır ki, Kamran Ağayev Kosova ilə oyunda iştirak etməyəcəyi dəqiqləşdikdən sonra “CBC Sport”un efirinə qoşularaq ağlayır, matçda iştirak etməyəcəyinə təəssüfləndiyini bildirir. Bunun isə ssenarinin bir parçası olduğu istisna deyil.

Qeyd edək ki, Kamran Ağayev Farer adaları ilə oyunda durduğu yerdə zədələnib. Həkimlər meydana daxil olduqdan sonra Ağayev özünə gəlir, ayağa qalxır və topu irəli vurur. İkinci hissədə isə əvəzlənir.

Bunun bir tapşırıq olub-olmadığı isə yaxın günlərdə bilinəcək. Hər halda Qurban Qurbanova qarşı “torba” əməliyyatı aparıldığı açıq-aşkar görünür. Təcrübəli mütəxəssis isə hələlik susur. Danışsa…

Oxucularımızla daha bir maraqlı məqamı bölüşməkdə fayda var. Milli komanda vacib oyunlar öncəsində 5 ulduzlu oteldə məskunlaşır. Kosova ilə ölüm-qalım matçından əvvəl isə yığma Mərdəkandakı bazada qalır. Kosova ilə oyuna da qolu qısa formalarla çıxılır.

Şəraitin yaxşılaşdırılması, qolu uzun formaların verilməsi üçün müraciət olunsa da, “pul yoxdur” deyilir. Elxan Məmmədov müraciətə qol çəkmədiyindən iş icra olunmur. Bu da yəqin ki, baş katibin əlavə psixoloji təzyiq formasıdır. /Yenicag

Məqalədə : Kamran Ağayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15537

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14207

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15631

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15209

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20582

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15104

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15259
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 13:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru