Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2018
16:55
Sərfəli internet qiymətləri müştəri loyallığı indeksini artırır

Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, “Nar” mobil internet istifadəçilərinin sayında və müştəri məmnuniyyətində sürətli artım müşahidə olunur. Son 10 ayda müştəri loyallığı indeksi 20%, internet məmnuniyyəti indeksi isə 23% artıb. Abunəçilərin fikrinə əsasən, “Nar” ən yaxşı internet qiymətləri təklif edən mobil operatordur. 

Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, “Nar” ölkə ərazisi boyunca 3G, 4G və LTE-A şəbəkəsini genişləndirməklə, abunəçilərə sərfəli qiymətə yüksək keyfiyyətli mobil internet paketlərini təqdim etməklə müştəri loyallığı indeksinin artımına müvəffəq olub. Bundan başqa, paytaxtla yanaşı, ölkənin regionlarına göstərdiyi diqqətilə seçilən “Nar”, bölgələrdə ən ucuz mobil rabitə xidmətini təqdim edib və bununla da paytaxt sakinləri ilə yanaşı, bölgə abunəçilərinin loyallığını qazanıb. 

Araşdırmanın nəticələrinə əsasən, mobil internetin keyfiyyəti, müştərilərin şəbəkəni öz dost və ailə üzvləri  arasında istifadə etməsi, eləcə də tarif və qiymətlərin müxtəlifliyi və əlverişliliyi amillərinə görə “Nar” müştəri loyallığı indeksi yüksək nəticə göstərir. 

Bundan başqa, nar.az internet səhifəsində olan şəxsi kabinetlər, eyni zamanda “Facebook”, “Twitter” və digər sosial şəbəkələr üzərindən abunəçilərə göstərilən yüksək xidmətlər də müştəri məmnuniyyətini artırıb. 

Ötən ilin 2-ci rübündə keçirilən mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticə göstərib. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.  

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.  “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olumuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

Məqalədə : internet 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54732

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52824

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54245

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53969

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59389

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53661

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54025
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 10:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru