Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2018
16:13
ABŞ siyasi tarixinin ən pis ört-basdır təşəbbüsü - KAŞIKÇI CİNAYƏTİ

Camal Kaşıkçı cinayətini "iqtisadi və strateji maraqlar" müstəvisində əhəmiyyətsiz bir məsələyə çevriməyə çalışan ABŞ rəhbərliyi cinayətlə Səudiyyə vəliəhd şahzadəsi arasındakı bütün mümkün əlaqələri yox sayaraq yaxın tarixin ən pis siyasi pərdələməsinə imza atmağa hazırlaşır.

Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda 2 oktyabrda vəhşicəsinə öldürülən Səudiyyə Ərəbistanından olan jurnalist Kaşıkçı indidən həm Amerika siyasi tarixinə, həm də beynəlxalq münasibətlər ədəbiyyatana daxil oldu.

Cinayətin planlaşdırılması, həyata keçirilməsi və ortaya çıxan detallara qədər ABŞ rəhbərliyinin cinayətdən sonra ortaya qoyduğu ritorikalar da bütün dünyada təəccüblə təqib edilib və edilir.

Bir tərəfdə cinayətlə Səudiyyə sarayının dəhlizləri arasındakı əlaqələrə dair suallar dəqiq cavablar gözləyir, digər tərəfdə vəliəhd şahzadə Məhəmməd bin Salman ilə dərin əlaqələrə malik Donald Tramp rəhbərliyinin qeyri-müəyyən mövqeyi etiraz doğurur.

Şahzadə Məhəmməd bin Salman ilə əlaqələrini tamamilə maraqlar müstəvisində quran Tramp rəhbərliyinin son günlərdəki ritorikaları bütün dünyaya, "nə qədər vəhşicəsinə olursa olsun, bir cinayəta görə strateji tərəfdaşlığı təhlükəyə ata bilmərik" mesajını verir.

Maraqlar dəyərlərdən əvvəl gəlir

Maraqlar və dəyərlər arasındakı gərginlik beynəlxalq əlaqələrin əsas fəaliyyət sahələrinin demək olar ki, hamısında mərkəzi yer tutan məsələ kimi diqqət çəkir.

İstər realist cinahdan, istərsə də idealist cinahdan olsun bütün əsas nəzəriyyələrdə dəyərlərlə maraqlar arasında tarazlıq axtarışı, beynəlxalq aktorların ən çox qarnını ağrıdan məsələlərdən biridir.

Amerika praqmatizminin sərhədlərinə prezidentlik dövründə dəfələrlə təcavüz edən Tramp, maraqlarla dəyərlər arasında ilişib qaldığı Kaşıkçı cinayəti mövzusunda çıxış yolunu "maraqlara söykənməkdə" gördü.

Ağ Ev açıqlamasında, "öncə maraqlar", - dedi

"Mərkəzi Kəşfiyyat İdarəsinin Kaşıkçı cinayətinin tapşırığını Məhəmməd bin Salmanın verdiyi" istiqamətində nəticəyə nail olduğunun mediaya sızmasından bir neçə gün sonra yazılı açıqlama verən Ağ Ev Amerika siyasi tarixinə keçəcək mətn yayımladı.

Çox açıq əkildə "maraqların dəyərlərdən əvvəl gəldiyini" ifadə edən Tramp rəhbərliyi, Məhəmməd ibn Salmanın cinayətlə əlaqələndirilməsini qəbul etməyəcəyini və Ər-Riyadla qurduğu dərin münasibətə xələl gəlməsini istəmədiyini vurğulayıb.

Açıqlamada İran təhdidinə qarşı Səudiyyənin varlığına, Ər-Riyad ilə bağlandığı deyilən 100 milyardlarla dollarlıq müqaviləyə və Amerika maraqlarına istinad edən Ağ Ev, 17 nəfərə tətbiq etdiyi sanksiyaları isə "çox güclü cavab" deyə bazarlıq kimi ortaya atmağa çalışdı.

Cinayətin şahzadə Məhəmməd bin Salmanın məlumatı və icazəsi xaricində baş verməsinin mümkün olmadığını göstərən bütün dəlil və iddiaları bir kənara qoymağa üstünlük verən Tramp rəhbərliyi, eyni zamanda ölkənin kəşfiyyat qurumunun gəldiyi nəticəni də görməzliyə vurdu.

Fəda edilməyəcək qədər dəyərli, ört-basdır edilməyəcək qədər aydın

Son 50 gündə ortaya çıxan mənzərə, cinayətlə kimlərin nə formada əlaqəli olduğuna dair ciddi fikir formalaşdırır. Səudiyyə rəhbərliyinin əsassız və ziddiyyətli ifadələri bir yana, Tramp rəhbərliyinin də bu ana qədər "Məhəmməd bin Salmana toxunmadan cinayəti cəzalandırmaq" üsulunu seçdiyi görünür.

Bu prosesin arxa planına baxanda, Məhəmməd bin Salmanın hələ vəliəhd şahzadə olmamışdan əvvəl Trampın kürəkəni və müşaviri Cared Kuşnerlə başlayan macərası diqqət çəkir. Görünən odur ki, şahzadə hələ o vaxtdan ABŞ-ın Səudiyyə Ərəbistanı oxlu yeni Orta Şərq perspektivinin mərkəz nöqtəsi kimi seçilibmiş.

Silah müqaviləsi, İran və İsrail

Ər-Riyad ilə əlaqəsini milyardlarla dollarlıq silah müqavilələri, İrana qarşı regionda tarazlıq ünsürü olması və İsraillə hər sahədə əlaqə qurması kimi yerləşdirən ABŞ rəhbərliyi, bu əlaqə torunun ortasına oturtduğu vəliəhd şahzadənin "fəda edilməyəcək qədər dəyərli" olduğuna inandığı görünür.

Trampın və digər əsas fiqurların hər fürsətdə "milyardlarla dollarlıq silah müqaviləsinə" və "İran təhdidinə qarşı Səudiyyənin vacibliyinə" təkid etmələri boş-boşuna deyil. Bununla yanaşı, Məhəmməd bin Salmandan əl çəkməmək üçün əsaslardan biri də İsrail-Səudiyyə Ərəbistan-Birləşmiş Ərəb Əmirlikləri tərəfdaşlığında dizayn edilən yeni Orta Şərq strategiyasıdır.

Ancaq Amerika mediasında Kaşıkçı cinayəti ilə bağlı yayılması davam edən materiallar cidanı çuvalda gizlətməyin mümkün olmayacağını göstərir.

Konqresin mövqeyi həlledici ola bilər

ABŞ Konqresinin bir çox üzvünün açıq şəkildə Tramp rəhbərliyinə "Məhəmməd bin Salman da daxil olmaqla səbəbkarları tap" şəklindəki çıxışları da Kaşıkçı gündəmini uzun müddətdir dünyanın bir nömrəli xəbəri edib.

Bu baxımdan Maqnitski qanununun tələb ilə Trampa yönləndirilən "məsul şəxslərə sanksiya tətbiq et" çağırışı bəlkə də gələcək dövrün ən əhəmiyyətli məsələsi olacaq. Çünki Kaşıkçı cinayəti kontekstində Konqres əlindəki sanksiya gücünü Səudiyyə Ərəbistanına silah satışını dayandırmaq və analoji formalarda istifadə edə bilər. Bu da gələcək aylarda Konqresin özünün imtahanı ola bilər.

Bu sıx təzyiq altında Məhəmməd bin Salmanı "fəda edilməyəcək qədər dəyərli" hesab etdiyini çərşənbə axşamı verdiyi açıqlama ilə elan edən Tramp rəhbərliyi, Kaşıkçı cinayətinin ört-basdır edilməyəcək qədər açıq olduğunu da bilir.

Son nəticədə MKİ hesabatından sonra Trampın atacağı addım, istər cinayətin işıqlandırılması, istərsə də ört-basdır edilməsi şəklində olsun, tarix kitablarına daxil ediləcək qədər əhəmiyyət daşıyacaq.

Trampın ən mühüm xarici siyasət imtahanı

Bu ana qədər bir çox daxili və xarici siyasət məsələsində ciddi iradlarla üzləşən ABŞ prezidentinin bəlkə də ən mühüm xarici siyasət imtahanı hazırda Kaşıkçı cinayətidir.

İndiyə kimi orta xətt tutan ABŞ rəhbərliyinin son açıqlaması əqrəbi birmənalı olaraq Məhəmməd bin Salmanı kənarda saxlamaqla bir cəzalandırma və sanksiya strategiyasına doğru yönəltdiyini göstərir.

Bu strategiyanın eyni şəkildə davam etdirməsi vəziyyətində Tramp rəhbərliyi ABŞ mediasını, ABŞ Konqresini, cinayətin baş verdiyi Türkiyəni və beynəlxalq ictimaiyyəti Kaşıkçı cinayəti mövzusunda qarşısına almağa hazır olmalıdır. Bununla Tramp həmçinin ən yeni tarixin ən pis siyasi pərdələməsinə də imza atacaq.

FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com