Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2018
12:50
Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Faktxeber.com-a verilən məlumata görə, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 23-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 23-ü axşamdan 24-ü gündüzədək Abşeron yarımadasında qısa müddətə astmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 22-23-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Noyabrın 23-ü axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir. Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.

Məqalədə : hava proqnozu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
190

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
200

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
211

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
281

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
220

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
268

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
455

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
380
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 02:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru