Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2018
12:40
1159
DİQQƏT! Babək prospektinin bir hissəsi bağlanacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 23-dən 24-nə keçən gecədən etibarən "Yeni Günəşli" yaşayış sahəsi istiqamətində Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində (Maşın bazarı) yerləşən avtomobil körpüsünə giriş məhdudlaşdırılacaq.

Bu barədə Faktxeber.com-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məlumata görə, Babək prospektinin Məzahir Rüstəmov küçəsi ilə kəsişməsində kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar olaraq aidiyyəti qurum tərəfindən qazıntı işləri aparıldığı üçün Məzahir Rüstəmov küçəsindən alternativ olaraq istifadə etmək mümkün deyil. Bu üzdən sözügedən istiqamətdə də, yəni prospektin Məhəmməd Hadi küçəsi ilə kəsişməsinin yan yolunda, Sərhəd Xidməti Olimpiya kompleksinin qarşısından avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. 

Qeyd edilib ki, sürücülər alternativ olaraq Məzahir Rüstəmov küçəsi çıxmaq şərti ilə, digər yollardan, daha dəqiqi Məhəmməd Hadi-Seyid Əzim Şirvani, Məhəmməd Hadi-Sarayevo və Məhəmməd Hadi-Neapol küçələrindən, Nobel prospekti-Ukrayna dairəsi, Nobel-Gəncə prospektləri və Nobel prospekti-Zığ şossesindən, həmçinin sadalanan keçə və prospektlərə birləşik olan digər yollardan istifadə edə bilərlər. 

“Məhdudlaşma şənbə və bazar günləri ərzində qüvvədə olacaq. Bazar ertəsi, yəni noyabr ayının 26-dan etibarən sözügedən istiqamətdə məhdudlaşma aradan qaldırılacaq.Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir”,-deyə məlumatda vurğulanır.

Məqalədə : Babək prospekti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
19

Bakıda avtobus piyadanı vuraraq öldürüb

22

Oktyabr
12:24
HÜQUQ,HADİSƏ
31

Sabahın hava proqnozu açıqlanıb

22

Oktyabr
12:06
ÖLKƏ
135

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

22

Oktyabr
11:29
HÜQUQ,HADİSƏ
24

Bakı metrosunda qatarda nasazlıq yaranıb

22

Oktyabr
10:49
HÜQUQ,HADİSƏ
31

Təhsil Nazirliyində YENİ TƏYİNATLAR

22

Oktyabr
10:23
ELM / TƏHSİL
213

"Azeri Light" markalı neft ucuzlaşıb

22

Oktyabr
09:48
İQTİSADİYYAT
62

AMB-nin valyuta məzənnələri

22

Oktyabr
09:32
İQTİSADİYYAT
51

Neftin ucuzlaşması davam edir

22

Oktyabr
09:24
İQTİSADİYYAT
47

Xəzərdə zəlzələ olub

22

Oktyabr
09:22
ÖLKƏ
46
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 13:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru