Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2018
10:32
1446
Mariya Zaxarovadan britaniyalı alimlərə məzəli cavab - FOTO

Rusiya XİN-in rəsmi nümayəndəsi  Mariya Zaxarova özünün Facebook səhifəsində məzəli  foto paylaşıb. FaktXeber.com-un RiaFan-a istinadla verdiyi məlumata görə, RF XİN nümayəndəsi  sosial şəbəkədə özünün və RF  baş naziri  Dmitri Medvedyevin  kollajını paylaşıb, imza yerinə isə "Maşa i Medved – aqentı Kremlya" (Maşa və Ayı – Kremlin casusları) imzasını qoyub.

"Məzuniyyətim sürətlə sona yaxınlaşır, hansı ki, siz mənə bunu xatırlatmaqdan yorulmursunuz", - deyə Zaxarova əlavə edib.

Bundan əvvəl Britaniyanın The Times qəzeti bəyan etmişdi ki, Rusiyanın dünyaca məşhur "Maşa i Medved" Rusiyanın yumşaq təbliğatıdır. Bukinqem Universitetinin professoru Entoni Qlis hesab etdiyini bildirib ki, sözügedən cizgi filmi Rusiya prezidentinin əlində alətdir.

"Maşanın çox inadkar, xoşagəlməz xasiyyəti var, bunun yanında o, qərarlıdır. O, öz çox işi öz boynuna götürür. Desək ki, Maşa özünü Putin kimi aparır, şişirtmərik", - deyə professor bildirmişdi.

Ayı məsələsinə gəldikdə isə, müəllif Tallin Universitetinin müəllimi Priit Xıbemyaqinin mövqeyini  xatırlayıb, hansı ki,  bəyan etmişdi ki, personaj uşaqların şüurunda Rusiya obrazını mənfidən müsbətə çevirmək üçündür.

Bundan başqa litvalı tənqidçiləri Ayının bostanından dovşanı qovma səhnəsində Maşanın başına qoyduğu  SSRİ sərhədçilərinin furajkası qəzəbləndirib. Onlar hesab ediblər ki, bu yolla Rusiya öz sərhədlərinin  müdafiəsini nümayiş etdirir.

Qeyd edək ki, bu gün cizgi serialının ingilisdilli kanalının 4 milyon üzvü var. "Maşa i Medved"in ümumi baxış sayı isə 40 milyardı keçib.

"Animakkord" studiyasının mətbuat xidmətindən isə bildiriblər ki, "Maşa i Medved" dövlət maliyyəsi almayan müstəqil layihədir.

Məqalədə : Maşa və Ayı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
74

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
155

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2098

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
497

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
167
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 18:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru