Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2018
10:01
15 min dollarlıq təsbeh sərgiyə çıxarıldı - FOTO

Türkiyənin Bursa vilayətində yerli bələdiyyənin təşkilatçılığı ilə istehsalçı və kolleksionerlərin məhsullarının yer aldığı "Dua dənələri" adlı təsbeh sərgisi açılıb.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, sərginin açılışında çıxış edən Bursa Böyükşəhər bələdiyyəsi rəsmisi Yaşar Almaz təsbeh tarixinin insanlıq tarixi qədər qədim olduğunu söyləyib.

Təsbehin İslam mədəniyyətində əhəmiyyətli yer tutduğunu söyləyən Almaz belə deyib:

"Allah bütün nöqsan və qüsurlardan uzaqdır mənasını daşıyan "Subhanallah" zikrin İslamdakı mənasıdır. Sapa düzülmüş müəyyən sayda muncuqdan daha üstün bir anlayışın simvolu olan təsbehlərin daşınması, dənələrinin çevrilməsi, bir başqasına hədiyyə edilməsi dərin nəzakət və ədəb tələb edir. Osmanlı İmperiyası zamanı Qədr qecələrində sultana təsbeh və səccade hədiyyə etmək ənənə halını almışdı. Osmanlı dövründə təsbeh sənətində ortaya bənzərsiz gözəllikdə təsbehlər çıxarılıb".

Sərgidə nümayiş etdirilən məhsullar arasında yer alan fil dişindən hazırlanmış və üzərində Allahın 99 adı olan qızılla işlənmiş təsbeh 15 min dollarlıq qiyməti ilə diqqət çəkib.

Təsbehin istehsalçısı Hüseyn Çelik 35 ildir bu işlə məşğul olduğunu söyləyib.

Çelik sərgiyə 30 təsbeh gətirdiyini deyərək, "bütün tsəbehlər əl işidir. İstəyən olsa, satacağıq. Qiymətləri 500 dollardan 15 min dollara qədərdir. 15 min dollarlıq təsbeh fil dişindən hazırlanıb və üzərində 40 gün işlənilib. Allahın 99 adı qabartma şəklində yazılıb. Bu qabartmalar da 14 əyar qızıldan hazırlanıb. Bu təsbeh hazırda sərginin ən bahalı təsbehidir. Üzərində çox əmək sərf edilib".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : təsbeh 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 23:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com