Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2018
09:19
947
Azərbaycanda turizm polisi yaradıla bilər

Azərbaycan Turizm Assosiasiyası (AzTA) turizm polisinin yaradılmasını təklif edir. Bu təşəbbüslə çıxış edən AzTA sədri Nahid Bağırov deyib ki, Azərbaycana qonşu olan Türkiyədə, eləcə də bir çox ölkələrdə turizm polisi fəaliyyət göstərir.

N.Bağırov hesab edir ki, turizm polisi turistlərlə bağlı problemləri aradan qaldıra bilər:

"Sosial şəbəkələrdə yazırlar ki, hansısa turist özünü yaxşı aparmır, yaxud hansısa turistin başına bir iş gəlir. Məncə, turizm polisi bunların hamısına nəzarət edə bilər. Hesab edirəm ki, dövlət tərəfindən bir mexanizm tətbiq olunsa, daha yaxşı olar".

Xatırladaq ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,5 faizi Rusiya, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2,0 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev xidmət səviyyəsi turizmin inkişafında ən önəmli faktorlardan biri olduğunu, bu səbəbdən turistlərə göstərilən xidmətlərin səviyyəsinin artırılmasının, turistlərin ölkədən məmnun ayrılmasının turizm sahəsində çalışan hər kəsin marağında olmasının vacibliyini qeyd edib.

O, DTA tərəfindən də bu istiqamətdə addımlar atılacağını söyləyib./Trend

Azərbaycanda turistlər üçün "Qaynar xətt" xidmətinin fəaliyyət göstərməsi də nəzərdə tutulan tədbirlərdən biridir.

Məqalədə : polis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

17

Sentyabr
22:15
AİLƏ, SAĞLAMLIQ
221

Azərbaycan gömrüyündə MİLYONLUQ ƏMƏLİYYAT - FOTO

17

Sentyabr
20:56
HÜQUQ,HADİSƏ
223

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
187

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
178

Türkmən qazı Azərbaycan ərazisindən keçə bilər

17

Sentyabr
17:00
İQTİSADİYYAT
223

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
245

"Kedicik kralı"nın məhkəməsi başlayır

17

Sentyabr
16:23
DÜNYA
231

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
221

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
267
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 09:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru