Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2018
14:46
1359
“Elə də böyük dava olmayıb...” - Aktyordan açıqlama

“Tural Mirzəliyev qadınları başına yığaraq məhkəmənin qarşısına toplaşır, biz tərəfdən kiməsə tüpürür, söz atırlar. O isə xanımların arxasında gizlədir. Axı T. Mirzəliyev məhkəməyə şahid qisminə çağrılmayıb. Onun məhkəmə qarşısında nə işi var?”

Bu sözləri aktyor Rza Rzayev “Yeni Müsavat”ın feysbuk səhifəsinin canlı yayımına qonaq olarkən deyib. 

R. Rzayev 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevlə davasının təfərrüatından danışıb:

“Biz ötən günü yenə məhkəmə qarşısında idik.  Biz ora gələn zaman hər zaman Tural və xanımlar məhkəmənin qarşısına toplaşırlar. Tural təhrik edir, əliylə qeyri-etik hərəkətlər göstərir. Keçən həftə məhkəməyə gələndə bunun şəklini çəkdim, o mənə ikrahla dedi ki, gəl yaxından çək. Daha sonra mən ona dedim ki, məhkəmədən sonra söhbət edərik. Tural bəy məhkəmədən çox narahatdır, onun qeyri-qanuni əməlləri ortaya çıxır və belə hərəkətlərlə söhbəti ört-basdır etmək istəyir. Dünən isə yenə eyni hadisə yaşandı, şəkillər çəkildi. Mən ona dedim ki, iş vaxtı burada nə işin? Söylədi ki, valideynlərə dəstək olmaq üçün gəlib. 8 iş günü buraxırsan, gəlib məhkəmələrin qarşısında gözləyirsən, həmin xanımları təlimatlandırırsan”. 

Aktyor qalmaqalın söyüşə görə baş verdiyini qeyd edib: “O, ağsaqqaları üstümə tapşırıq üçün göndərir, orda isə belə hərəkətlər edirdi. Sonra söyüş söydü, söyüşün bədəlini ödəyəcək. Heç bir Azərbaycan kişisi o fikri öz üzərinə götürməz. Mən onun hərəkətlərinə dözürdüm. Amma bu dəfə alçaqcasına ifadələr işlətdi, münaqişə yarandı. Yaxındakı qaynı da söyüş söydü. Bundan sonra dava yarandı. Onlar iki nəfər idi, mən isə tək! Qaynı əlini cibinə atdı, elə bilim ki, soyuq silahı var. Elə də böyük dava olmayıb. Ağır xəsarətlər yetirilməyib.  Bu davadan sonra məhkəmə zalına gəldi. Məhkəmə də onu zaldan bayıra çıxardılar. 25-ci polis bölməsinə getdik, 3-4 saat orada olduq. Ona ağır xəsarətlər yetirilməyib ki, xəstəxanada yatsın. Polis bölməsində izahat alınan vaxtı bayırda səs-küy qopdu. Mənim qohumlarımla onun qaynı arasında dava oldu. Qaynı dostunu çağırıb, ona soyuq silah verib və həmin şəxs də bıçaqla yaxınlarma hücum edib”.

Bundan əlavə, Rza Rzayev mübahisə zamanı sağ qolunun əzildiyini vurğulayıb.(Qafqazinfo)

Məqalədə : Rza Rzayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
69

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
170

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
116

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
149

Azərbaycanda ölüm səviyyəsi azalıb

16

Sentyabr
12:05
ÖLKƏ
114
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 16:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru