Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2018
11:14
949
Suriyada kürdlərin nəzarətində olan ərazilərdə etiraz aksiyası - VİDEO

Suriyanın şimal şərqində Əl-Hasaka əyalətində «Suriya Demokratik Qüvvələri»nin nəzarətində olan Əş-Şədad yaşayış məntəqəsində ərəb sakinlər aksiya keçirib.

Yerli sakinlərin etirazına səbəb kürdlərdən ibarət «Asayiş» daxili təhlükəsizlik qüvvələrinin bir neçə nəfərin yaralanması ilə nəticələnən təlimləri olub. 23 mm-lik silahdan (ehtimal ki, ZU-23) atılan sursat yaşayış binasına dəyib və yerli sakin Hüseyn Xairi qolundan yaralanıb. Nəticədə onun qolu amputasiya olunub.

Bundan başqa Hairinin 13 və 15 yaşlarında olan iki oğlu da yaralanıb. 

Mitinq zamanı  sakinlər avtomobil yollarını  bağlayıb, təkərləri və PKK lideri Abdulla Öcalanın  portretini yandırıblar. Bundan başqa kürd əleyhinə şüarlar səsləndirilib, amerikalıların və fransızların ölkəni tərk etməsini tələb ediblər.

Aksiyanı yatırmaq üçün rayona kürd xüsusi təyinatlıları gəlib.

Qeyd edək ki, təlim poliqonlarının yakşayış binalarının yaxınlığında yerşəməsinə görə baş verən yaralanma halı ilk dəfə deyil. Sakinlərin bu barədə etirazları isə hər dəfə laqeyidliklə qarşılanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
129

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
522

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
72

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
42

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
47
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 00:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru