Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2018
09:58
Tramp bin Salmanı cəzalandırmaqdan vaz keçdi

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı jurnalist Camal Kaşıkçının qətli ilə bağlı cəzalandırmaq niyyətində deyil. FaktXəbər bildirir ki, bu barədə "Vox" nəşri yazıb.

Ağ Ev rəhbəri müsnasibətləri pozmaq əvəzinə Ər-Riyadın etibarlı tərəfdaşı qalmağı üstün tutub. Briləşmiş Ştatlar prezidenti hesab edir ki, Məhəmməd bin Salman jurnalistin qətli ilə bağlı hər hansı informasiyaya malik olmaya bilər.

Halbuki Mərkəzi Kəşfiyyat İdarəsinin qənaətincə, səudiyyəli şahzadə jurnalistin öldürülməsi barədə əmr verib.
 
Xatırladaq ki, Səudiyyə rejiminə müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.

Qeyd edək ki, Camal Xaşuqi “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.

Məqalədə : Tramp 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54742

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52829

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54250

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53974

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59394

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53671

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54030
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 12:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru