Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2018
16:49
Möhtəşəm qısa film: Emili Müller - VİDEO

Bəzən qısa çəkilən bir film onun rejissorunun necə böyük bir düşüncəyə malik olduğunu göstərir. Fransız rejissor Yvon Marsianonun 20 dəqiqəlik “Emili Müller” filmi də məhz buna nümunələrdəndir.

Gənc rejissor yeni filmi üçün siması gözəl, kamera qarşısında rahat olan, hissetmə gücü inkişaf etmiş bir qadın aktrisa axtarırdı. Qəzetə elan verərək namizədləri dəvət etmisdi. Gün boyu qəbul etdiyi namizədlərlə söhbətlərdən yorulmuşdu.

O, özünə yeni bir qəhvə süzərkən növbəti namizədi dəvət etdilər. Gənc qız üzündəki maraqlı təbəssümlə sınaq kamerasının qarşısında oturdu və rejissorla söhbətə başladı. Adı Emili Müller idi.

Qısa hal-əhvaldan sonra rejissor fərqli bir yanaşma üçün, "çantanızı açıb mənə içindəkilər barədə bir-bir danışa bilərsinizmi", - deyə söylədi. Gənc qız asılqandakı çantanı götürdü və onu açdı.

Pil kusəsi, ənlik-kirşan qutusu.

Daha sonra iri bir qırmızı alma çıxardı: "Bu almanı səhər mağazada satıcısı hədiyyə edib. Yəqin almaya çox iştahla baxmışam."

Sonra bir qəzet çıxardı.

"İşçi axtarılır" elanını orada oxuduğunu dedi. Siyahıda baş çəkəcəyi başqa iş yerlərinin olduğunu söyləməyi də unutmadı. 

Makiyaj çantası, gündəlik və not dəftəri.

Rejissor bu sonuncudan təsadüfi bir səhifə açıb oxumasını istəyəndə, gənc qız dəftəri açıb pərt halda oxudu.

Şəxsi hisslər idi oxuduqları. 

Sonra bir kitab çıxardı. Hələ kitabın ilk səhifələrində olduğunu və oxuduğu səhifələrdən çox təsirləndiyini danışdı. 

Daha sonra çantanın gizli yerinə əl atdı. Oradan iki foto çıxardı. Biri yatan gəncin fotosu idi. "Sevgilimdir" - deyə açıqladı: "Şəkil çəkdirməyi sevmir, ancaq yatarkən çəkə bilirəm".

İkinci fotonun anasının evlənməzdən əvvəlki halı olduğunu söylədi. O halını indikindən daha çox sevirdi. Gənc qız çantadan çıxarıb tam təbbi şəkildə izah etdiyi hər bir əşya, pazl parçaları kimi onun hayat elementlərini göstərirdi.

Bu oyun 15 dəqiqə davam etdi. Sonda rejissor Emiliyə təşəkkür etdi. Çıxarkən qapıdakı şəxsə telefon nömrəsini verməsini söylədi. "Əməkdaşlar gələn həftə sizinlə əlaqə saxlayaralar", - dedi. Emili çıxarkən köməkçi içəri daxil oldu. Bayırda hələ çoxlu namizəd var idi. Rejissor yorulmuşdu. Qısa bir fasilə vermək istədiyini söylədi. Hələ də axtardığını tapmamışdı.

Köməkçi növbəti namizədi çağırmağa gedərkən rejissorun gözü asılqandakı çantaya sataşdı və köməkçisinə, "gedən qız çantasını unudub, dərhal onu çağır", - deyə bildirdi. Amma köməkçi gedən qızın çantası olmadığını bildirdi. Rejissorun, "bəs onda kimindir" sualına cavab olaraq köməkçi stduiyadakı xanım əmkdaşı çağıraraq eyni sualı ona verdi. Qız çantanın ona məxsus olduğunu söylədikdə isə rejissor qapıya tərəf qaçdı. O, axtardığını tapmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Emili Müller 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 22:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com