Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2018
16:29
“Instagram”da avtomatik layk və şərhlər silinəcək

“Instagram” sosial şəbəkəsi avtomatik rejimdə şərhlər yazmağa, layk etməyə və başqa hesablara abunə olmağa imkan verən proqramlara qarşı mübarizə aparmaq üçün bir sıra tədbirlər görməyi planlaşdırır.

Belə proqramlar hesabların auditoriyasını süni şəkildə artırmaq üçün istifadə edilir ki, bu da sosial şəbəkənin qaydalarına ziddir.

Məlumata görə, kompüter sistemləri şirkət tərəfindən hazırlanmış metodların köməyilə belə hesabları effektiv aşkar edə və lazımi tədbirləri görə bilər. Bu halda “Instagram” belə hesabların sahiblərini pozuntular haqda məlumatlandıracaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Instagram 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 19:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com