Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2018
15:18
10 ayda Azərbaycana gələn turistlərin statistikası açıqlanıb

2018-ci ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən Azərbaycana gələn səyahətçilərin sayında böyük artım müşahidə olunur.

Bu barədə Azərbaycan Dövlət Turizm Agentliyindən FaktXəbər-ə daxil olan məlumatda deyilir.

Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 330 min olub, bununla da ötən ilin eyni dövrü ilə müqayisədə 42% artım baş verib. Bu regiondan daha çox səyahətçi Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən gəlib.

Yanvar-oktyabr ayları ərzində Azərbaycana gələnlər arasında Rusiya vətəndaşları 752 min səyahətçi ilə birinci yerdə durur. Rusiyalı səyahətçilər 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3% artaraq Azərbaycana gələn bütün xarici vətəndaşların 31%-ni təşkil edir.

Bu dövrün statistikası ilə əlaqədar ən maraqlı fakt Hindistan və Pakistandan gələn səyahətçilərin sayının müvafiq olaraq 183% və 149% artmasıdır.

10 ay ərzində ölkəyə daxil olan səyahətçilərin ümumi artım tempi 6,1% təşkil edib, səyahətçilərin sayı isə 2,277 milyondan 2,416 milyona çatıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : turist 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 21:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com