Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2018
14:29
1025
Hər gün 3-4 mindən çox qayda pozuntusu aşkarlanır - DYP

“BMT-nin qərarı ilə hər il noyabr ayının sonuncudan əvvəlki bazar günü Ümumdünya yol qəza qurbanlarının anım günü kimi qeyd olunur. Bu il həmin tarix 18 noyabra düşsə də, anım tədbirləri adətən həftə ərzində davam edir. Hər il yol qəzalarında 1 milyondan çox insan həlak olur ki, Azərbaycan da bundan kənarda qalmır. Son illər ölkəmizdə baş verən qəzaların sayı, ölüm və xəsarət halları get-gedə azalır. Belə ki, 2017-ci 10 ayı ərzində respublika üzrə 1499 hadisə baş verib. Nəticədə 618 nəfər həlak olub, 1406 nəfət isə xərasət alıb. 2018-ci ilin 10 ayı ərzində müqayisə apardıqda isə məlum olur ki, bu il 1432 yol-nəqliyyat hadisəsində 585 nəfər həlak olub, 1383 nəfər isə yaralanıb. Bu o deməkdir ki, ötən illə müqayisədə bu il 67 hadisə, 33 ölüm, 23 xəsarət faktı azalıb”.

Bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytetantı Rüfət Quliyev deyib.

Lakin DYP rəsmisi bildirir ki, bu rəqəmlər də çoxdur və hadisələrin sayını kəskin şəkildə azaltmaq üçün profilaktiki və maarifləndirici tədbirlər davam etdirilir: “Respublika ərazisində xidmət aparan yol polisi əməkdaşlarının bilik və bacarıqları, hadisələrə çevik reaksiyaları, vətən-polis münasibətinin xüsusi texniki vasitələrin köməyi ilə minimuma endirilməsi müsbət nəticələr verməkdədir. Ancaq çox təəssüflə deyirik ki, bəzi sürücülər hələ də kamera, radar və yol polisi olmayan küçə və prospektlərdə, magistral yollarda kobud qayda pozuntularına yol verirlər. Bu da son nəticədə ağır qəzalara səbəb olur.

Qeyd etmək lazımdır ki, baş vermiş yol qəzaları arasında piyadavurma hadisələri çoxluq təşkil edir, bu da piyadaların yol hərəkəti qaydalarına düzgün riayət etməməsinin nəticəsidir. Bu ilin 10 ayı ərzində inzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb və piyadaların hərəkətinə nəzarət etmək üçün əməkdaşların sayı artırılıb.

Daha sonra yol qəzalarının başvermə səbəbləri sırasında sürət həddinin aşılması və ötmə-manevr qaydalarının pozulması halları yer alır. Təəssüflə bildiririk ki, hər gün xüsusi texniki vasitələrin köməyi ilə 3-4 mindən artıq qayda pozuntusu aşkar olunur. Burada sürət həddinin aşılması çoxluq təşkil edir.

Yol polisi ümumilikdə yol qəza qurbanlarını dərin kədər hissi ilə anır, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir.

Sükan arxasında olarkən təkcə özünüzü yox, ailənizi, dostlarınızı, cəmiyyətimiz üçün tutduğun mövqeyi və ən əsası, qəzadan sonra geridə buraxacaqlarınızı da düşünün. Yol nəqliyyat hadisəsi əsl faciədir”.

Məqalədə : DYP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1156

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
71

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
94

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
321

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
358
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 06:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru