Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2018
11:27
1362
Müsəlmanların vəhdət həftəsi başlayır

İki yolun ayrıldığı nöqtə həm də bu yolların birləşmə nöqtəsidir. Həzrət Məhəmməd Peyğəmbərdən (s) sonrakı tarix müsəlmanları bir sıra məsələlərdə bir-birindən ayırsa da, xoşbəxtlikdən onlar daim Peyğəmbərin (s) özündə birləşməkdədir.

Həzrət Məhəmməd Peyğəmbərin (s) təvəllüdü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiyanın göstərilməsi səbəbindən müsəlmanlar onun doğum gününü iki fərqli gündə (hicri təqvimlə rəbiül-əvvəl ayının 12-si və 17-si) qeyd edirlər. Günlər arasındakı fasiləni qovuşdurmaq məqsədilə 1981-ci ildən etibarən böyük İslam alimi İmam Xomeyninin təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə "Vəhdət həftəsi" elan edilmişdir. Hazırda Həzrət Peyğəmbərin (s) bu günlərə təsadüf edən təvəllüd günləri bəzi müsəlman ölkələrində "Vəhdət həftəsi" kimi qeyd edilməkdədir.

Məhəmməd Peyğəmbərin (s) doğum günü ərəfəsi İslam dünyasının birlik rəmzidir.

Bu gün hicri-qəməri tarixi ilə rəbiul-əvvəl ayının 12-dir və bu günlər İslam Peyğəmbərinin doğum gününə təsadüf edir. Bəzi alimlər Peyğəmbərin rəbiul-əvvəlin 12-də, bəziləri isə 17-də doğulduğunu qeyd edirlər. "Qurani-Kərim"in ayələrinə əsasən, Allah İslam peyğəmbərini insanlara və xüsusilə müsəlmanlara hidayət və mərhəmət əlaməti kimi göndərib. Belə şəxsiyyətin doğum günü, təbii ki, insanların və əsasən müsəlmanların birliyinə səbəb olmalıdır.

Amma təəssüf ki, bu birliyin hansı şəkildə əldə edilməsi və hansı şərtlərlə icra edilməsi hələ də böyük maneələrlə üzləşməkdədir. Beynəlxalq güclər daim müsəlmanlar arasında təfriqə salmaqla qarşıdurmalar yaradırlar.

Bir çoxunun fikrincə, İslam dünyasında birliyin əldə edilməsi əsasən məzhəblərarası fərqlərin aradan qaldırılması ilə baş tuta bilər. Amma görünür ki, bu məsələnin elə özü münaqişəyə səbəb olur. Hazırda İslam dünyasında məzhəblərarası qarşıdurmalar da buna əyani sübutdur.

Bəzi İslam alimləri və sosioloqları İslamda məzhəblərarası və firqələrarası fərqləri labüd sayıblar. Lakin bu fərqlərin münaqişəyə səbəb olmaması üçün məzhəblərarası dözümlüyü çıxış yolu kimi təklif edirlər. Şübhə yoxdur ki, radikal və təkfirçi sələfi hərəkatı kimi firqələr İslam dünyasında bu dözümlüyə və müsəlmanların birliyinə zərbə vuran əsas amillərdir. Alimlər məzhəb fərqlərini birliyin qarşısını alan amillər sırasında görmürlər. Firqələr arasında ikrah hisslərinin oyadılması birliyi pozan əsas amildir ki, ilk növbədə, bu hisslərin qarşısını almaq üçün yetərli şəkildə maarifləndirmə işi aparılmalıdır.

Məqalədə : Vəhdət həftəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1445

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
414

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
166

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1162

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
952

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2298

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
999
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 06:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru