Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Noyabr

2018
11:24
Kaşıkçı qalmaqalı ilə əlaqədar Ər-Riyad vəliəhd şahzadəni devirmək istəyir

Səudiyyə Ərəbistanında Kral aləsinin üzvləri jurnalist Camal Kaşıkçının (Xaşuqi) ölümü ilə əlaqədar yaranan beynəlxalq qalmaqala görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın taxta  çıxmasına  imkan vermək istəmirlər. FaktXeber.com-un məlumatına görə, bu barədə Röyters Kral ailəsinə yaxın 3 mənbəyə istinadla xəbər verib.

Mənbə bildirir ki, onlarla şahzadə  və kral ailəsinin digər üzvləri taxtda digər vəliəhdi görmək istəyirlər, lakin 82 yaşlı Səud kralı Salman bin Abdül Əziz əl-Səud sağ olduğu müddətdə  heç bir fəaliyyət göstərməyəcəklər. Monarxın yaxınları  hesab edir ki, kral sevimli oğlunun əleyhinə getməyəcək.

Ailə üzvləri kralın ölümündən sonra onun yerinə 76 yaşlı qardaşı Əhməd ibn Əbdül Əziz  ibn Səudu görmək istəyirlər. Mənbə bildirir ki, şahzadə Əhmədi Qərb də dəstəkləyir.

Mənbə onu da bəyan edir ki, təqribən 2 həftə əvvəl yüksək rütbəli  amerikalı məmurlar  səud müşavirlərə kralın  potensial vəliəhdi kimi  şahzadə Əhməd ibn Abdulu dəstəkləyəcəyini deyiblər. 

Bundan əvvəl Washington Post öz mənbəsinə istinadla bildirib ki, ABŞ MKİ vəliəhd şahzadə Məhəmməd bin Salman müxalif jurnalist Kaşıkçının  qətli ilə əlaqədar fərman verə biləcəyi qənaətinə gəlib. Xüsusi xidmət orqanları  bir sıra mənbələri, o cümlədən ABŞ-da Səud krallığının səfiri və vəliəhd şahzadənin qardaşı Hadid bin Salmanın Kaşıkçıya zənglərini araşdıraraq bu fikrin üstündə durublar.

Səud rejiminə və xüsusən vəliəhd şahzadə Bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbulldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girib və bir daha çıxmayıb. Həmin vaxt onun nişanlısı binanın yaxınlığında 11 saat gözləyib. Konsulluq isə Kaşıkçının orda az müddət olduğunu bildirib.

KİV-də məlumat yayılmışdı ki, diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Kaşıkçının qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.

Oktyabrın 16-17-də  Türkiyə hüquq mühafizə orqanları konsulluqda axtarış aparmış və Kaşıkçının ölümü ilə əlaqədar müəyyən dəlillər aşkarlamışdılar.

Əl-Cəzirə jurnalistin Baş Konsulluğa girdikdən 7 dəqiqə sonra öldürüldüyünü bildirib.

The New York Times yazmışdı ki, Türkiyə polisinin Kaşkçının ölümündə şübhəli bildiyi şəxslərdən azı 5-i vəliəhd şahzadə Muhəmməd Bin Salmanla əlaqəlidir. ABŞ kəşfiyyatı hesab edir ki, jurnalistin itməsində onun əli var.

Oktyabrın 20-də Səudiyyə Ərəbistanı  jurnalist Camal Kaşıkçının  İstanbulda konsulluqda öldürüldüyü xəbərini təsdiqlədi. Dövlət televiziyası ilə çıxış edən prokuror bəyan etdi ki, jurnalist səfirlikdə rast gəldiyi insanlarla münaqişə nəticəsində öldürülüb. Bu insanların kim olduğu isə açıqlanmır. Prokurorun sözlərinə görə, onlarla Kaşıkçı arasında düşən mübahisə davaya çevrilib, nəticədə jurnalist öldürülüb.

Qətərin "Al-Jazeera" telekanalı Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Xaşuqcinin son sözlərini yayıb. Onun son sözlərini telekanala Türkiyənin "Daily Sabah" qəzetinin əməkdaşı Nazif Karaman deyib. Ərəb jurnalistin sözləri audioya yazılıb və bu, onun işgəncəyə məruz qaldığını təsdiq edir.

"Mən boğuluram…Bu torbanı başımdan çıxardın, mənim klaustrofobiyam var", - deyə o, son nəfəsində bildirib.

Karamanın sözlərinə görə, audioyazıda qətlin 7 dəqiqə davam etdiyi eşidilir. O əlavə edib ki, "Daily Sabah" qəzeti tezliklə Xaşuqcinin həyatının son dəqiqələrinin audioyazısının bir hissəsini dərc edəcək.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Xaşoqcinin qatillərinin Səudiyyə Ərəbistanında həbs olunan 18 nəfər arasında olduğunu bildirib.

59 yaşlı Kaşıkçı Səudiyyə Ərəbistanı hökumətini, xüsusən də vəliəhd şahzadəni və ölkənin müdafiə nazirini sərt təqid edirdi. Onun Washington Post-da köşə yeri də var idi.

Jurnalist 2017-ci ildə bir neçə yaxın dostunun həbsindən sonra Səudiyyə Ərəbistanını tərk etmişdi.

Prokurorluğun məlumatına görə, Kaşıkçıya ölümcül narkotik inyeksiyası edilib, sonra bədəni parçalara ayrılaraq konsulluqdan çıxarılıb.

Cinayətlə əlaqədar 21 nəfər saxlanılıb. Prokurorluq onlardan 5-nə  ölüm hökmü tələb edib, qalanları şəriət qanunlarına uyğun cəzalandırılacaq.

Məqalədə : Səud ailəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
65

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
155

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
448

Tramp impiçment istədi

06

Dekabr
11:43
DÜNYA
291
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 16:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru