- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA- Azerbaijan Robotics Engineering Academy) üzvü olan məktəblilər "Mən pilotam" adlı dron hazırlayıb.
Layihə barədə məktəblilərdən biri Emin Bayramov məlumat verib.
Onun sözlərinə görə, 4 pərdən və 4 motordan ibarət dron 10 metr hündürlüyə qədər qalxaraq 5 dəqiqə uça bilir.
"Mən pilotam" cihazı 3D printer vasitəsilə hazırlanıb. Onun maraqlı xüsusiyyətlərindən biri rəngini dəyişə bilməsidir. Yəni dron bir neçə rəngdə ola bilir. Hazırda onu çəkisi 50 qramdır. Bu rəqəm 100 qrama çatdırıla bilər. Amma çəki nə qədər az olsa, onun uçma məsafəsi o qədər uzaq, sürəti isə yüksək olar", - deyə E.Bayramov qeyd edib.
AREA rəsmisinin sözlərinə görə, hazırda qurğunu enerji ilə litium batareyası təmin edir: "Bu növ batareyalardan uzun müddət və rahat istifadə etmək mümkündür. Batareyanın yanında “bluetooth connector” yerləşdirilib. Bunun vasitəsilə dron pultla əlaqələndirilir".
Bununla belə, məktəbli deyib ki, gələcəkdə dronu alternativ enerji mənbələri ilə qidalandırmaq niyyətindədirlər: “Dronun pərlərinin üst hissəsini günəş panelləri bağlamaq və litium batareya ilə birlikdə onlardan da uçuş müddətini 2-3 dəfə artırmaq istəyirik. Bu daha nazik günəş panelləri olmalıdır, çünki ağırlıq məsələsinə nəzarət etməliyik”.
AREA Azərbaycanda dron yarışları keçirib, onun qalibini Cənubi Koreyada keçiriləcək dünya çempionatına göndərməyi düşünür. Bu arada, Akademiyanın müəllimləri çəkisi 1 kq olan yeni robot yığıb. Tələbələr onu “7-ci müəllim” adlandırır.
"Bu robot çoxfunksiyalıdır. Onun yığılması 6 aydan çox vaxt aparıb. Yığım prosesində, ümumilikdə, 12 motordan istifadə edilib. Robot Azərbaycan və Koreya dillərində salamlama qabiliyyətinə malikdir. Kodlaşma vasitəsi ilə onun funksiyalarını artırmaq mümkündür”.
- 16-02-2019 14:41 Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ
- 16-02-2019 10:30 Tovuz, Kürdəmir, Baləkən sakinlərinə XOŞ XƏBƏR!
- 16-02-2019 10:21 Şamaxıda yenidən vulkan püskürdü
- 15-02-2019 16:34 İki rayonun qış otlaqlarında meliorasiya işləri üçün 30 milyon manat ayrılıb
- 15-02-2019 16:30 Tovuzda yol tikintisinə 3,3 milyon manat ayrılıb
- 15-02-2019 16:20 Himn farağat vəziyyətində və sona qədər dinlənilməlidir
- 15-02-2019 15:15 AQTA sahibkarlara müraciət edib
- 15-02-2019 14:17 Sabaha yağış gözlənilir
- 15-02-2019 12:44 "ASAN xidmət" dövlət qurumu ilə anlaşma imzalayıb
- 15-02-2019 10:30 Kənd Təsərrüfatı texnikasının güzəştli şərtlərlə satılacağı ünvanlar açıqlandı
- 15-02-2019 09:37 Dövlət Komitəsinin əməkdaşları şəhid pilotların ailələrinə baş çəkiblər
- 14-02-2019 19:35 Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib
- 14-02-2019 16:25 Hava XƏBƏRDARLIĞI: Külək güclənəcək
- 14-02-2019 16:05 Bakı üzrə pensiyaların artımla ödənişinə başlanılıb
- 14-02-2019 15:39 Sumqayıt şəhərinin 70 illik yubileyi qeyd ediləcək
- 14-02-2019 15:10 Ekologiya Nazirliyində sahibkarlarla görüş olub
- 14-02-2019 14:14 233 min nəfərin pensiyasında artım olacaq
- 14-02-2019 14:11 Fevralın 15-nə gözlənilən hava şəraiti açıqlanıb
- 14-02-2019 10:19 Nazirlik: Əmək pensiyaları 2 gün ərzində tam ödəniləcək
- 14-02-2019 10:04 Milli Məclisin növbəti plenar iclasının vaxtı dəyişdirilib
- 13-02-2019 23:45 Firudinin həyatda qalması üçün ona dəstək olaq
- 13-02-2019 16:58 Maştağada Gülçülük massivi – UNUDULMUŞ MƏKAN...
- 13-02-2019 15:54 İş axtaranların DİQQƏTİNƏ!
- 13-02-2019 14:30 Vulkandan sonra iki yaşayış evində çatlar əmələ gəlib - FOTO
- 13-02-2019 14:12 Qar yağacaq - Rəsmi